Yenixeber.org: Konqresmenlər prezidentdən “Rusiya işi” ilə əlaqəli sənədlərin yayımlanmasını xahiş ediblər.
Onlar Rusiyanın seçkilərə qarışdığı iddiası ilə aparılan işə əsas vermiş sənədlərin ictimaiyyətə açıqlanmasını istəyirlər.
Bu müraciətin təşəbbüskarı Nümayəndələr palatasının üzvü Li Zeldin olub. Onlar düşünürlər ki, “tamamilə gizli” adı altında olan sənədlər ictimaiyyətə açıqlanmalıdır.
Bu sənədlərə hazırki prezident Trampın seçki kompaniyası ilə Rusiya əlaqələrinin olmasına aid sənədlərlə yanaşı FTB tərəfindən 2016-cı ilin oktyabr ayında Karter Peycə izlənlə tələbi sənədləri də daxildir. Peyc 2016-cı il seçkilərində Trampın seçki qərargahının məsləhətçisi olub.
FTB-nin iddiasına görə Peyc şəxsən rus zabitləri vasitəsilə Rusiya ilə əlaqələrə girərək işbirliyinə başlayıb.
Lakin FTB-nin bu iddiasına Britaniya kəşfiyyatının keçmiş əməkdaşının əsassız dosyesinin səbəb olduğu məlum olub.
“FTB dosyeni kimin tərtib etdiyini və buna görə kimin ödəniş etdiyini yaxşı bilirdi. Lakin onlar ABŞ vətəndaşı və Trampın seçki kompaniyası barədə izlənmə qərarı üçün məhkəməyə müraciət edərkən bu barədə heç bir məlumat verməyiblər” – müraciət edən konqresmenlərdən Cim Cordana bildirib.
Qeyd edək ki, Tramp dəfələrlə FTB və Ədliyyə Nazirliyini əsassız fəaliyyətlərdə ittiham edib.