Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

İvan Şihan: -“Azərbaycanın Qarabağdakı əks-hücumu yeni reallıq yaratdı”

İvan Şihan: “Azərbaycanın Qarabağdakı əks-hücumu yeni reallıq yaratdı”

“Dünya gücləri onillərdir Dağlıq Qarabağ münaqişəsini həll etməyə çalışırdılar, lakin irəliləyişə nail olmaq üçün qətiyyət nümayiş etdirmirdilər. Nəticə sıfır irəliləyiş idi. Bu şərtlər altında, Ermənistanla Azərbaycan arasındakı münaqişənin masa arxasında deyil, döyüş meydanında həll olunması qaçılmaz idi. Keçən həftə elan olunan tarixi sülhün yekunu, bax, budur”.

Yenixeber.org: Bu fikirləri Baltimor Universitetinin professoru, münaqişələr üzrə ekspert İvan Saşa Şihan “EU Reporter Correspondent” nəşrində dərc olunan məqaləsində yazıb.

Onun sözlərinə görə, Moskvanın vasitəçiliyi ilə tərəflər arasında mövcud atəşkəs razılaşmasının ümumi konturları Azərbaycanın suveren ərazisini geri qaytarmasından ibarətdir.

“Erməni işğalçı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərini tərk edir, beynəlxalq sülhməramlı qüvvələr gəlir və Qarabağdan olan 700 mindən çox azərbaycanlı məcburi köçkün geri qayıdır”, - məqalədə vurğulanıb.

“Ədalət qələbə çaldı. Ancaq beynəlxalq ictimaiyyət utanmalıdır. Utanmalıdır ki, buna nail olmaq üçün qan töküldü. Halbuki koordinasiya olunmuş beynəlxalq diplomatiya yolu ilə belə nəticə əldə etmək olardı. Azərbaycanın əks-hücum əməliyyatı yeni reallıq yaratdı, çünki erməni qüvvələri işğal etdikləri ərazilərdən geri çəkilmək məcburiyyətində qaldı”, - müəllif yazıb.

O vurğulayıb ki, son aylarda dünyaya qeyri-sabitlik, eləcə də Cənubi Qafqazın strateji əhəmiyyəti xatırladılıb. İranla Rusiya arasında yerləşən bu ərazi Asiya ilə Avropa arasında təbii “quru körpü” rolunu oynayır. Oradan yalnız yeni dəmir yolu keçmir, həm də Avropa üçün vacib olan neft-qaz kəmərləri keçir.

Müəllif beynəlxalq diplomatik birliyin bu regionda uğursuz olduğunu və artıq beynəlxalq investisiya cəmiyyətinin bu səhvi düzəltməsinin vaxtının çatdığını qeyd edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam