Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Günün xəbəri

“Ermənistan İŞİD terror təşkilatı ilə eynidir” -Deputat

“Ermənistan İŞİD terror təşkilatı ilə eynidir” -  Deputat
"Azərbaycan Silahlı Qüvvələrinin guya Şuşadakı kilsəni vurması barədə Ermənistan kütləvi informasiya vasitələrində yayılan xəbərlər uydurmadan başqa bir şey deyil".
Yenixeber.org: Bunu açıqlamasında deputat Musa Qasımlı deyib.

Deputat bildirib ki, bu uydurmanın yayılmasının konkret səbəbləri var. Onun sözlərinə görə, döyüş meydanında rəşadətli Azərbaycan ordusu qarşısında darmadağın olan işğalçı ölkə baş verənlərin xarakterini dəyişdirib, fərqli inanclara sahib olan insanların hisslərini istismar etmək və ona dini don geyindirmək istəyir:

"Amma bu cəhdlər əbəsdir. Çünki Azərbaycan dünyada multikultiral dəyərlərin qorunması baxımından model ölkədir. Ölkəmizdə məscidlər, kilsələr və sneqoqlar bir yerdə fəaliyyət göstərirlər. Dövlətimiz xristianlara və iudaistlərə xüsusi qayğı göstərir. Bu yalanı uyduran Ermənistan rəhbərləri baxıb görsünlər, azərbaycanlıların tarixi torpaqları olan indiki Ermənistanda və işğal altında olan ərazilərimizdə İslam adına olan bir tarix və mədəniyyət abidəsi saxlayıblarmı? Xeyr, hamısını dağıdaraq yerlə-yeksan ediblər. Hərbi əməliyyatlar meydanından xeyli uzaqda olan Gəncə şəhərində İmamzadənin atəşə tutulması müharibə cinayəti və əsl vəhşilikdir. Ermənistanın bu hərəkətləri Yaxın, Orta Şərqdə abidələri dağıdan İŞİD terror təşkilatı ilə eynidir. Bu, bir daha göstərir ki, Ermənistan terrorçu dövlətdir".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam