Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

MN: -Ermənistan yenidən təxribatlara əl atarsa Azərbaycan Ordusu layiqlincə cavab verəcək

MN: Ermənistan yenidən təxribatlara əl atarsa Azərbaycan Ordusu layiqlincə cavab verəcək

"Əgər Ermənistan tərəfi çirkin niyyətlərinə nail olmaq üçün yenidən təxribatlara əl atarsa Azərbaycan Ordusu onların cavabını layiqlincə verəcək".

Yenixeber.org: Bunu Ermənistan silahlı qüvvələrinin mərkəzi tabelikdə olan, eləcə də birinci eşelonda yerləşən hərbi hissələrinin yüksək döyüş hazırlığı səviyyəsinə gətirilməsi və onların qəfil yoxlanılması barədə yayılan xəbərlərə cavab olaraq Azərbaycan Müdafiə Nazirliyindən bildiriblər.

"Bunun əsas səbəbi ölkəmizdə keçirilən Azərbaycan-Türkiyə birgə təlimlərinin Ermənistan hakimiyyətində yaratdığı xof və qorxudur.

Silahlı Qüvvələrin Ali Baş Komandanın dünən Balakəndə söylədiyi “Erməni xalqı nəhayət başa düşməlidir ki, əgər onlar normal ölkədə yaşamaq istəyirlərsə, erməni silahlı qüvvələri mütləq bizim torpaqlarımızdan çıxmalıdır. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək!” fikirlərini əsas tutan Azərbaycan Ordusunun şəxsi heyəti qarşıda duran bu müqəddəs vəzifənin yerinə yetirilməsi üçün peşəkarlığını və döyüş qabiliyyətini gündəlik məşqlər və təlimlərdə daim artırır.

Ordumuzun döyüş qabiliyyəti və hərbi potensialı döyüş meydanında düşmən üzərində üstünlüyümüzü təmin edəcək ən əsas göstəricidir", nazirlikdən qeyd olunub. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam