Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Koronavirusa görə məscidlər də bağlanıb? - Komitə rəsmisindən AÇIQLAMA

Koronavirusa görə məscidlər də bağlanıb? - Komitə rəsmisindən  AÇIQLAMA

“İki aydan çoxdur dövlətlər, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusla mübarizəyə kifayət qədər böyük vəsait ayırıb, əməkdaşlığı genişləndirib. Azərbaycanda da koronavirus yayıldığı andan etibarən xəstəliklə mübarizədə bir çox tədbirlər həyata keçirilib. Bunlardan biri də ölkə ərazisində kütləvi tədbirlərin keçirilməsinə müəyyən məhdudiyyətlərin tətbiq edilməsidir”. 

 

Yenixeber.org: Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Cahandar Əlifzadə deyib.

Onun sözlərinə görə, martın 5-də Qafqaz Müsəlmanları İdarəsində (QMİ) din xadimlərinin iştirakı ilə müşavirə keçirilib: “Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli şəxsləri ilə yanaşı ölkədə fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri də müşavirədə iştirak edib. Müşavirədə məscid, kilsə, sinaqoq və digər ibadət ocaqlarının insanların kütləvi toplaşdıqları məkanlar olması nəzərə alınaraq insanların diqqətli olmaları, bu məsələyə həssas yanaşmalarına dair çağırışlar edilib. Bununla bağlı Qafqaz Müsəlmanları İdarəsinin xüsusi tövsiyələri kütləvi informasiya vasitələri tərəfindən ölkə ictimaiyyətinə çatdırılıb. QMİ-nin tabeliyində olan din xadimlərinə bildirilib ki, məscidlərə gələn insanlara sanitariya-epidemioloji qaydalara riayət etmələri tövsiyə olunsun”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam