Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Ermənistana hazır hesabatlarla gələn müşahidəçilər...”-Deputat

 

 

Bunu Milli Məclisin deputatı Musa Qasımlı deyib.

Yenixeber.org: Onun sözlərinə görə, dövlət başçısının nitqində diqqəti cəlb edən məsələlərdən biri Ermənistanın hərbi təcavüzü nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesindəki durğunluqdan çıxmaq barədə idi:

"Məlum olduğu kimi, Ermənistan rəhbərliyi danışıqlardan boyun qaçıraraq bildirirdi ki, Azərbaycan danışıqları qondarma, üzdəniraq qurumla aparmalıdır. Bu mövqedə başlıca məqsəd qondarma rejimi danışıqların subyekti kimi tanıtmaq və statusunu əvvəlcədən müəyyənləşdirmək cəhdləri ilə bağlı idi. Azərbaycan dövlətinin qəti və prinsipial mövqeyi nəticəsində danışıqlar prosesi bərpa edildi, burada isə tərəflər həmişəki kimi Azərbaycan və Ermənistan oldu".

M.Qasımlı əlavə edib ki, Prezident İlham Əliyev nitqində Ermənistanda demokratiyanın mövcud olmadığını da bildirdi: "Məlumdur ki, SSRİ dağıldıqdan sonra Ermənistanda keçirilən bütün seçkilər kobud şəkildə saxtalaşdırılıb, heç bir zaman erməni ünsürünün iradəsini ifadə etməyib. Levon Ter-Petrosyan terrorçu, kriminal, uşaq qatili Robert Koçaryan tərəfindən devrildi. Ondan sonra hakimiyyətə gələn Serj Sarkisyan isə Nikol Paşinyan tərəfindən devrildi. Onların hər biri hakimiyyətə gəldikdən sonra keçirdikləri saxta seçkilərdə qələbə çalıblar. Dünən səs çoxluğu alan qüvvə bu gün, çevrilişdən az sonra keçirilən seçkidə parlamentdə yer qazana bilməyib. Bu, “Ermənistan demokratiyası”nın özünəməxsusluğu, seçki karikaturası və əslində gülünc bir vəziyyətdir. Lakin ən qəribəsi bəzi beynəlxalq təşkilatların həmin seçkiləri “demokratik” adlandırmasıdır".

Millət vəkili qeyd edib ki, onlar qısa müddətdə keçirilən seçkilərdə əvvəllər böyük üstünlüklə qələbə qazanan qüvvənin parlamentdə nə üçün yer tuta bilməməsinin üstündən sükutla keçirlər: "Bu, bir tərəfdən, dünyada mövcud olan ikili standartlarla, digər tərəfdən isə Ermənistanın ənənəvi “konyak diplomatiyası” ilə bağlıdır. Burada seçki keçirilməzdən əvvəl hansı xarici ölkədən kimlərin müşahidəçi kimi gələcəyi, hansı rəylər yazacağı bəlli olur".

Deputat hesab edir ki, satın alınmış və Ermənistana hazır hesabatlarla gələn həmin şəxslər əslində özlərini rüsvay edirlər, seçki müddətində erməni konyakının təsiri altında olurlar.

Onun sözlərinə görə, Ermənistanın xarici siyasətində məqsədə nail olmaq üçün ənənəvi yollardan biri məhz rüşvətlə ələ almaqdır: "Rüşvət və korrupsiya Ermənistan hakimiyyəti ilə eyniyyət təşkil edir. Ermənistan hakimiyyəti dedikdə, ilk növbədə, rüşvət və korrupsiya göz önünə gəlir. Lakin Ermənistanın böhrandan çıxmasının əsas yolu qonşuları, ilk növbədə, Azərbaycan ilə münasibətlərini normallaşdırmasından keçir".

M.Qasımlı əlavə edib ki, bunun üçün əvvəlcə işğalçı ölkənin qoşunları Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ regionu və ətraf rayonlarından çıxmalı, işğal faktı aradan qaldırılmalıdır. Əgər bunlar baş verərsə, Ermənistan xalqı da normal şəraitdə yaşaya bilər. Əks təqdirdə Ermənistanda ümumi böhran davam edəcək”.(trend.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam