Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Ordunun uğursuzluqlarına görə Paşinyan qisasa başladı

Ermənistan Baş Naziri Nikol Paşinyanın yürütdüyü uğursuz daxili və xarici siyasət nəticəsində yenidən alovlanan Dağlıq Qarabağ münaqişəsində Azərbaycan Ordusunun qətiyyətli əks-hücum əməliyyatları və Azərbaycan Ordusunun qələbələrindən sonra Dağlıq Qarabağın erməni əsilli icması əməlli-başlı hiddətlənib.

Yenixeber.org: Nəticədə, onsuz da Paşinyan hakimiyyətindən narazı olan Qarabağın erməni icması nümayəndələri arasında bölgədə Azərbaycan hakimiyyətinin bərqərar olmasını və tezliklə sülhün bərqərar olmasını istəyənlərin sayı getdikcə artmaqdadır.

Etibarlı mənbələrdən əldə olunan məlumatlarda onların arasında Azərbaycan Ordusunu dəstəkləyən qruplaşmanın olduğu da göstərilir. Bu da Paşinyan və onun tərəfdarlarının ciddi narahatlığına səbəb olub. Bu baxımdan, son çırpıntılarını edən Paşinyan öz uğursuzluğunda Qarabağ icmasını və bu icmanın nümayəndələri olan hərbi qulluqçuları günahlandırır. Hətta 08.10.2020-ci il tarixində Ermənistan Respublikasının Dövlət Təhlükəsizlik Xidməti rəisi Arqişti Kərəmyanın vəzifədən təcili olaraq azad edilməsi onun sözügedən qruplaşmanın fəaliyyətini dəstəkləməsi ilə əlaqələndirilir. Eyni zamanda Paşinyan Dövlət Təhlükəsizlik Xidməti rəisi A. Kərəmyanı Azərbaycan Ordusuna rəğbət bəsləyənlərə qarşı səmərəli mübarizə aparmamaqda günahlandırır.

Məlumatı verən onu da iddia edir ki, Paşinyan Dövlət Təhlükəsizlik xidmətinin rəisini Azərbaycan Ordusuna dəstək vermək arzusunda olanlara qarşı səmərəli tədbir görmədiyinə və onları “ifşa etməkdən” imtina etdiyinə görə təcili vəzifədən uzaqlaşdırıb. Görünən odur ki, Paşinyan hər şeyi Qarabağın erməni icmasının üzərinə yıxmaqla canını qurtarmaq və sudan duru çıxmaq niyyətindədir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam