Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

Koronavirus beyini zədələyirmiş-YENİLİK

 

 Koronavirus insanın beynini bütün digər viruslardan daha ciddi şəkildə zədələyə bilər. Yəni koronavirus nəinki ağciyərləri və tənəffüs yollarını, həm də insan orqanizminin digər orqanlarını da zədələyir. O, ürəyə, qan damarlarına, əsəb toxumalarına, dəriyə xətər vura bilir.
Yenixeber.org: Macarıstan, AFR və Böyük Britaniyadan olan bir qrup alim bu qənaətə gəlib. Onlar COVID-19-un bu xəstəliyə yoluxan və hətta koronavirusdan sağalan insanın beyninə təsirini birgə öyrəniblər. Məlum olub ki, hətta xəstəliyin yüngül simptomlarının aşkarlandığı pasiyentlərin də beyni ciddi zədələnə bilər.

Alimlər, həmçinin koronavirusun əmələ gətirdiyi xəstəliklərin də tədqiqatını aparıblar. Nəticədə onlar koronavirusun bəzi pasiyentlərdə sağlamlıqla bağlı uzunmüddətli problemlər əmələ gətirdiyini təsdiqləyiblər. Xəstələrin çoxu sağaldıqdan sonra da uzun müddət özlərində təngnəfəslik və yorğunluq hiss edirlər. Sağalanların bəzisi isə əl-ayaqda keyləşmə, zəiflik, yaddaş problemindən əziyyət çəkirlər.

Məsələn, sınaqlarda iştirak edən, daha əvvəl psixi xəstəliklərdən əziyyət çəkməyən bir qadın xəstəxanadan evə buraxılan gün özünü qəribə aparmağa başlayıb, onda psixi pozğunluğun bütün əlamətləri yaranıb.

COVID-19-a yoluxmuş 40 pasiyentə onlarda daha əvvəl rast gəlinməyən kəskin dağınıq ensefalomielit diaqnozu qoyulub.

Alimlər xəbərdarlıq edirlər ki, sağalanların bəzisində virus orqanizmdə yalnız sonrakı illərdə gözə çarpacaq beyin zədələnməsi kimi fəsadlar törədəcək. Bununla yanaşı, alimlər xatırladırlar ki, “ispan qripi”ndən sağalan təqribən 1 milyon insanda sonradan beyin zədəsi kimi ağırlaşmalar aşkarlanıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam