Redaktor seçimi
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
Günün xəbəri

“Atçılıq idman növü sıradan çıxa bilər” -Azərbaycan atçıları Prezidentə müraciət etdilər

Azərbaycan atçılarının, daha doğrusu, atçılıq idman növünün problemləri getdikcə daha da ciddiləşir. 

Yenixeber.org: Azərbaycan atçıları yaranmış acınacaqlı vəziyyətin aradan qaldırılması xahişi ilə ölkə başçısı İlham Əliyevə müraciət ediblər.

Müraciətdə bildirilir: “Sizin Qarabağ və Dilboz cinsli atların artırılması və yetişdirilməsinə yönəlmiş qərarlarınız bu sahənin maddi-texniki bazasının yaxşılaşdırılması və damazlıq işlərinin aparılmasına göstərdiyiniz diqqət ümumilikdə bu sahəyə olan qayğının göstəricisidir. Bütün bunlara görə, Sizə bir daha öz dərin minnətdarlığımızı bildiririk.

Qeyd etmək istəyirik ki, istənilən damazlıq seçiminin son mərhələsi atlar cıdır meydanına çıxarılmadan həyata keçirilə bilməz. Sizin tapşırığınızla bu işin təşkili 2010-cu ildən etibarən Respublika Atçılıq Federasiyasına həvalə olunub. Üzərindən 10 il keçməsinə baxmayaraq, Azərbaycan atçılığı bütün digər idman növlərindən geridə qalıb, demək olar ki, tam tənəzzülə uğrayıb. Bu müddət ərzində at yarışlarını lazımi səviyyədə keçirmək mümkün olmayıb. Daha çox reklam xarakterli tədbirlər keçirilib. Yarışlarda uduşların verilməsi problemə çevrildi. Mədəni və kütləvi idman sahəsi olmasına baxmayaraq, əksər at sahibləri və həvəskarlar cıdır meydanından uzaqlaşdırıldı. Bu işdə ən çox ziyan çəkən məhz milli atçılığımız oldu. Gözlənilirdi ki, sizin göstərişlərinizdən sonra Qarabağ və Dilboz cinsli atları yetişdirənlərə dəstək olunacaq, lakin bütün ümidlərimiz puç oldu. Məmurlara qarşı ciddi xəbərdarlığınıza baxmayaq, Azərbaycan Atçılıq Federasiyasında çaparlara, mehdərlərə, məşqçilərə və at sahiblərinə qarşı özbaşınalıq, haqsızlıq davam edir. 2019-cu ilin may ayında cıdır mövsümünün bağlanışı olub. Cıdır yarışlarının keçirilməsindən 1 il ötsə də, qoyulan uduş məbləğinin bir hissəsini biz atçılar ala bilməmişik. Dəfələrlə Atçılıq Federasiyasına müraciət etsək də, müxtəlif bəhanələr gətirərək bizi cavabsız qoyublar”.

 

 

Atçılar onu da qeyd edirlər ki, hippodromun vəziyyəti bərbaddır: “Hər tərəf zibi yığınıdır. Atlara baxmağa gələn yerli və xarici qonaqlar pis gündə olan cıdır zolağını, atların saxlanıldığı yeri, antisanitar vəziyyətdə olan sanitar qovşağını gördükdə durumumuza acıyırlar. Xarici qonaqlar bu görüntüləri çəkib geri qayıdırlar. Hippodromun qaçış zolaqları standartlara uyğun olmadığı üçün neçə-neçə at burada zədələnir və yarışlara yararlı olmur.”

Atçılar hesab edirlər ki, bu sahəni ayaqda saxlamaq üçün yeni qurumun yaradılmasına ehtiyac var: “Biz atçılar Qarabağ və Dilboz cinsli atların məhv olmasına biganə qala bilmərik. Bu atların taleyinin bir qrup məsuliyyətsiz şəxsin ixtiyarına buraxmaq olmaz.

Apardığımız müşahidələr zamanı məlum oldu ki, 2020-ci ildə milli Çövkən oyunlarında yüksək nəticələr əldə edən atçılarımız bu gün istixanalarda və digər yerlərdə fəhləlik etməyə məcbur qalıblar. Pandemiya dövründə atçılarımıza yardım etmək əvəzinə, onlardan atların saxlanılmasına görə, yer pulu tələb olunur.”

Qeyd olunur ki, narazı atçılar milli sərvətimiz olan Qarabağ, Dilboz, İngilis və Ərəb at cinslərinin yetişdirilməsi ilə məşğuldurlar: “Atçılar bu işdən nəinki heç gəlir belə götürmür, əksinə, atların bəslənməsi üçün şəxsi vəsaitlərini xərcləyirlər. Biz əminik ki, milli cins atlarımızı yetişdirmək, artırmaq, bəsləyib təlim keçməklə vətənimizə və millətimizə, dövlət maraqlarımıza xidmət edirik. Qeyd etmək istəyirik ki, 2014-cü ildə dəstəkçi sahibkarlar hesabına cıdır yarışlarına 700.000 dollar ümumi uduş fondu qoyulub. Növbəti illər ərzində bu sahənin inkişafı üçün Heydər Əliyev Fondu, “Paşa Sığorta”, “Azersun” və “Embawood” şirkətinin dəstəyi ilə Federasiyaya külli miqdarlarda pul vəsaitləri ayrılıb. Amma Federasiya tərəfindən cıdır yarışlarına qoyulan illik uduş fondu məbləği 200.000 manat təşkil edir. Hər il 100-150 at cıdır yarışlarında iştirak edir. 200.000 AZN uduş fondundan atların cıdır yarışında iştirak edə bilməsi üçün Federasiya tərəfindən yenidən 1% məbləğ tutulur".

 

 

Məktubda daha sonra vurğulanır ki, hippodromda 12 kv.m-lik at tövləsində bir atın durması üçün bir aylıq kirayə 50 AZN-dir.

• Bir ata gün ərzində 8 kq vələmir verilir ki, bu da 4 AZN, ay ərzində isə 120 AZN edir.

• Bir at ayda 12 bağlama ot yeyir. - Ay ərzində 60 AZN.

• Bir ata aylıq baxım xərci -50 AZN.

• Bir atın jokey(idmançı) tərəfindən idman etdirilməsi aylıq – 50 AZN.

• Bir atın məşqçi pulu – 50 AZN

• Bir atın dırnaqlarının təmizlənib nallanması 40 AZN, nal və mismar pulu 40AZN - Ayda 80 AZN.

• Bir atın aylıq vitaminləri (alma, kök və.s) – 60 AZN. Beləliklə, cıdır yarışlarında iştirak edən bir atın aylıq xərci cəmi 470 AZN-dir. Cıdır yarışlarında 170.000 AZN civarinda uduş fondu olur. 12 aya böldükdə, hər aya 14.166 AZN düşür. 14.166 AZN-i 150 at sayına böldükdə, bir ata 94 AZN uduş pulu düşür. Beləliklə hər at sahibi öz büdcəsindən əlavə 376 AZN pul xərcləməli olur".

Atçılar hesab edirlər ki, bu sahənin ayaqda qalması üçün illik 705. 000 AZN uduş fondu olmalıdır. Qeyd olunur ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2013-cü ildə UNESCO-nun Qeyri-maddi mədəni irsin Reprezentativ Siyahısına daxil edilmiş Qarabağ və Dilboz atları ilə 7-8 komandanın (hər bir komanda 7 oyunçu) iştirakı ilə keçirilən milli Çövkən oyununa il ərzində 50.000 AZN uduş fondu qoyulur. Bu məbləği 128 idmançı və onun atına böldükdə 390 AZN alınır: "Bunun nəticəsi olaraq at sahibləri qiymətli cins atları Azərbaycanın qonşu ölkələrinə və kəndlərə yük atı qismində satırlar”.

Sonda atçılar ölkə Prezidentindən yuxarıda göstərilən problemlərin həlli üçün aidiyyəti qurumlara göstəriş verməsini xahiş edirlər. 

“azpolitika”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam