Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Beynəlxalq Atçılıq Federasiyasına yeni prezident seçildi

 

Bu gün Beynəlxalq Atçılıq Federasiyasının (FEI) Bakıda keçirilən Baş Assambleyasında Federasiyanın yeni prezidenti seçilib. 

"Xeberinfo.com":  Trend-in məlumatına görə, səsvermə nəticəsində Federasiyanın hazırkı baş katibi İnqmar de Vos FEI-nin yeni prezidenti seçilib.

Qeyd edək ki, İnqmar de Vos (Belçika), Pyer Durand (Fransa), Pyer Genesand (İsveçrə), Ulf Xenqstand (Danimarka), Con Mak İven (İngiltərə) və Havyer Revuelta Del Peral (İspaniya) bu posta iddiaçı idilər.

2006-ci ildən Beynəlxalq Atçılıq Federasiyasının (FEI) prezidenti olan İordaniya Şahzadəsi xanım Haya Bint Al Hüseyn növbəti dəfə prezidentliyə namizədliyini irəli sürməyib.

Qeyd edək ki, dekabrın 11-14-də Bakıda Azərbaycan Atçılıq Federasiyasının (ARAF) dəvəti ilə Beynəlxalq Atçılıq Federasiyasının ali orqanı olan Baş Assambleyanın illik iclası keçirilir. İclasda Beynəlxalq Atçılıq Federasiyasının 350-dən çox nümayəndəsi və 110 ölkədən fəxri qonaqlar iştirak edirlər. Bu, indiyədək keçirilmiş Baş Assambleyalar tarixində rekord göstəricidir.

Beynəlxalq Atçılıq Federasiyası (FEI) Baş Assambleyasının iclası dünyada atçılıq idmanı sahəsində mühüm hadisələrdən biridir. Hər il müxtəlif şəhərlərdə keçirilən tədbir bu il ilk dəfə Bakıda təşkil olunur. Bütün atçılıq milli federasiyalarının nümayəndələrinin toplaşdıqları forumda atçılıq idmanı qaydalarının inkişafının ən əhəmiyyətli məsələləri, maliyyələşmə problemləri, idarəetmə məsələləri və s. müzakirə edilir, qərarlar qəbul olunur.

Baş Assambleya çərçivəsində Azərbaycan Atçılıq Federasiyası (ARAF) tərəfindən Bakıda “Mangal Steak House” restoranında Beynəlxalq Atçılıq Federasiyası (FEI) Baş Assambleyası iştirakçılarının şərəfinə “Azərbaycana xoş gəlmişsiniz!” adlı qala-ziyafət təşkil olunub. Bayram gecəsinin qonaqlarına Azərbaycan milli mətbəxinin nəfis təamları təqdim edilib.

Gecədə xalq musiqisi, muğam və rəqs kollektivlərinin iştirakı ilə konsert proqramı keçirilib.

İordaniya Şahzadəsi xanım Haya Bint Al Hüseyn də FEI-nin Bakıda keçirilən Baş Assambleyasının iştirakçılarının şərəfinə “Dağüstü Park Cafe”də xüsusi kokteyl-gecə təşkil edib. Bundan əlavə , qonaqların Bakı şəhəri ilə yaxından tanış olması məqsədi ilə dekabrın 11, 12, 13-də şəhər turları təşkil olunub. Gəzintilər Xalçaçılıq Muzeyini, Dövlət Bayrağı Meydanını, Heydər Əliyev Mərkəzini və Qala Tarixi Muzey Kompleksini əhatə edib.

Bu axşam isə “Buta Palace”-da Beynəlxalq Atçılıq Federasiyası və ARAF tərəfindən birgə tədbirin qala-gecəsi təşkil olunacaq. Qala-gecədə ilin ən yaxşı idmançısı, məşqçisi, mehtəri, komandası, gənc idmançısı və s. kimi nominasiyalar üzrə təltifetmə mərasimi keçiriləcək. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam