Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Səfər Mehdiyev keçmiş "Broker"ə nələri vəd edib? -İLGİNC 

        

Səfər Mehdiyev keçmiş "Broker"ə nələri vəd edib? - İLGİNC
Gömrük Komitəsinin sədri Səfər Mehdiyev və onun himayəsi altında olan Əbülfəz Məlikovla bağlı ilginc məlumatlar daxil olub.
Yenixeber.org: Həmin məlumatı təqdim edirik:
"Atçılıq Federasiyasının bütün yarışlarını Əbülfəz Məlikov təşkil edir. Atçılıq Federasiyasının idarə heyətinin üzvü olan keçmiş broker yarışa qədər bütün hazırlıq işlərinə özü rəhbərlik edir. Meyvəli Gomruk terminalına rəhbər təyin etdiyi İntiqam Mahmudovla Təchizat departamentinin rəhbəri Tural (Ə.Məlikovun bacısı oglu) Atçılıq Mərkəzində təmizlikdən tutmuş tribunaların qurulmasına qədər bütün işlərə rəhbərlik edirlər.

 

Meyvəli terminalındakı fəhlələri istirahət gunlərində məcburi olaraq Atçılıq mərkəzinə apararırlar. Burada işçilərin istirahət huququ pozulur. "Yuxarılar"ın yanında olduqca "sözəbaxan" görünməyə çalışan Broker Əbülfəz fəhlələrin qənimidir. Əgər o, görsə ki hansisa fəhlə su içir, yaxud istirahət üçün kölgəlik yerə gəlib İntiqam Mahmudovu yanına çağıraraq nalayiq soyuşlər söyərək fəhlənin işdən qovulmasını tapşırır".

Daha sonra mənbə dia.az-a bildirir: "Ə.Məlikov həmyerlisi olan İntiqam Mahmudovla (Meyvəli gömrüyünün qeyri rəsmi rəisi), Tural adlı bacısı oğluna ciddi və gizli tapşırıq verib. Bu tapşırığa əsasən Atçılıq Mərkəzində görülən bütün işlər videolentə alınaraq arxivləşdirilir".


Mənbə bildirir ki, bu işlərdə Əbülfəz Məlikov Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevə güvənir: "S.Mehdiyevlə əlbir olaraq at yarışlarını gömrük terminalının işçiləri tərəfindən təşkil olunduğunu videolentə almaqda məqsəd nə ola bilər?

Yoxsa S.Mehdiyevlə əlbir olan Boker Əbulfəzə Atçılıq Federasiyasına rəhbərlik edəcəyi vədi verilib? Hər halda düşündürcü olanı da budur".

Əlavə bilgilərimiz də olacaq. Bizi izləməkdə davam edin. Qarşı tərəfi də dinləməyə hazırıq...(dia.az)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam