Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

“OĞRU, QULDUR, BANDİT” NAZİRLƏR?! – Siyavuş Novruzovdan sensasiyalı fikirlər

YAP-ın icra katibinin müavini, Milli Məclisin komitə sədri Siyavuş Novruzov XİN rəhbəri Elmar Məmmədyarovun DTX-ya müraciətini şərh edərkən maraqlı fikirlər səsləndirib. 

Yenixeber.org: YAP funksioneri açıqlamasında xüsusilə 3 nazirliyin qorunmasına ehtiyac olduğunu deyib: “Biz bu gün ilk növbədə Xarici İşlər, Müdafiə, Daxili İşlər nazirlərini qorumalıyıq. Ermənilərin əlinə hər hansı bir əsas verməməliyik ki, bizim Xarici İşlər nazirinə qarşı onların hər hansı iddiası olsun”.

S.Novruzov Elmar Məmmədyarov barədə mətbuatda yayılan məlumatların inandırıcı olmadığını bildirərək, XİN başçısının öz işinin öhdəsindən bacarıqla gəldiyini vurğulayıb və onun digər bəzi nazirlərdən fərqli olaraq, “şou göstərmədiyini” söyləyib: “Sadəcə, Elmar Məmmədyarov mətbuat üçün çalışmır, öz işini görür. Bəzən görürsünüz bəziləri şou göstərirlər. Elə bizim bəzi nazirlərdə də belə adət var. Prezident ölkəyə rəhbərlik edir, ölkədə iqtisadi-siyasi inkişaf gedir, nazirlərin hər biri az qalır ki, bu işləri öz adına yazsınlar. Bunlar ümumi, qlobal siyasəti həyata keçirən komandanın nümayəndələridir.

Məmmədyarovda isə belə adət yoxdur ki, özünü göstərsin. Gəlib iki dəfə çıxış edər, özünü göstərər, ondan sonra hamımız “bəh-bəh”lə deyərik ki, Məmmədyarovun əvəzi yoxdur. Amma o, öz işini görür və çox düzgün də edir. O cümlədən digər bir sıra strukturlarda da. Daxili İşlər, Müdafiə, Fövqəladə Hallar nazirlikləri, hamısı öz işlərini görür. Görürsünüz, mətbuatda yoxdurlar, gəlib mətbuatda başqaları kimi şou göstərmirlər".

Sonra bir daha E.Məmmədyarovun DTX-ya müraciətinə normal yanaşdığını vurğulayan S.Novruzov kifayət qədər maraqlı fikir söyləyib. Belə ki, o, “oğru-quldur, bandit” olanları yox, məhz yuxarıda sadalanan nazirlərə işarə edərək, onların qorunmalı olduğunu bildirib: “Digərləri də hörmətli Əli müəllim Nağıyevə müraciətlər etməlidir. Adın keçir, müraciət elə!... Bir daha bildirirəm ki, biz öz nazirlərimizi - müəyyən nazirlərimizi, mən oğru-quldur, banditi demirəm - qorumalıyıq!”

Görəsən, Siyavuş Novruzov “Prezidentin işlərini öz adına yazan”, “şou göstərən”, hətta “oğru-quldur, bandit” deyərkən kimləri nəzərdə tutur və niyə konkret ad çəkmir? Bu ifadələrin ünvanı müəmma olaraq qalır. Nəzərə alsaq ki, YAP sözçüsü öz açıqlamasında Xarici İşlər, Müdafiə, Daxili İşlər və Fövqəladə Hallar Nazirliklərini müdafiə və təqdir edir, deməli belə çıxır ki, sadaladığı digər “keyfiyyətlərə” malik şəxsləri yerdə qalan nazirlik və komitələrin başında olanlar arasında axtarmaq lazımdır...

“AzPolitika”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam