Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

Qəhrəman həkimlərimiz:“40 gündür övladlarımı görə bilmirəm”

Qəhrəman həkimlərimiz: “40 gündür övladlarımı görə bilmirəm”
Son günlər koronavirusa yoluxmuş xəstələrin sayı çoxalıb və hamısı ağır vəziyyətdə gəlir.
Yenixeber.org: Bunu pandemiya xəstəxanasında çalışan həkim Gülarə Abbasova deyib. Onun sözlərinə görə, hər an ağır vəziyyət yarana, xəstənin ürəyi, tənəffüsü dayana bilər.

"Biz buna hazır olmalıyıq ki, vaxt itirməyək. Çünki koronnaviruslu xəstələr üçün hər an önəmlidir".

Həkim Rağnur Məmmədov isə bildirib ki, onun çalışdığı xəstəxanada ağır vəziyyətdə olan xəstələr müalicə alır: "Biz onlara COVİD-19-la yanaşı, digər xəstəliklərin də müalicəsini edirik".

Xüsusi rejimli xəstəxanada işləyən həkim Xanım Babayeva artıq 40 gündür ki, iki azyaşlı övladını görə bilmir.

"Onlarla telefonla, "WhatsApp"la danışıram. Bir ana, bir qadın üçün çox çətindir. Övladlarım üçün çox darıxmışam".

Həkim Kəmalə Namazova da mart ayının 29-dan koronaviruslu xəstələrin müalicəsi ilə məşğul olur. "Burada növbə 15 gündən bir dəyişir. Amma missiyanı başa çatdırmayana kimi getməyəcəyəm. Bu geyimdə olmaq çətindir. Mən artıq 12 kiloqram çəki itirmişəm. Övladlarım həyətimizdə güllərin şəklini çəkib göndərir, biz də onların həsrətini çəkirik".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam