Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Qaradağ rayon İcra Hakimiyyətindən qanunsuz əməl- VİDEO

 

 

Qobustanda qanunsuz olaraq yolun hərəkət hissəsinə zibil qabları qoyulub.

Yenixeber.org-un Dia.az-a istinadən məlumatına görə, Qaradağ rayonu Qobustan qəsəbəsinin daxili yolunda yerləşən mağazaların qarşısında qanunsuz olaraq yolun hərəkət hissəsinə zibil qabları qoyulub. Bu barədə qəsəbə sakinləri və sürücülər Avtosfer.az-a şikayət edib.

Əməkdaşımız ərazidə çəkiliş aparan zaman məlum olub ki, həqiqətən də yolun hərəkət hissəsinə qoyulan zibil qabları sürücülərə hərtərəfli təhlükə yaradır. Qoyulan zibil qablarına iribuynuzlu heyvanlar yığışaraq zibilləri yolun hərəkət hissəsinə dağıdır və zibil qablarını aşırır. Təqdim etdiyimiz videoda da aydın şəkildə görünür ki, zibillər yola tökülüb və iribuynuzlu heyvan yolun hərəkət hissəsini zəbt edib. Sakinlər dəfələrlə Qaradağ rayon İcra Hakimiyyətinə zəng edib məktub yazsalar da, bu problem aradan qaldırılmır.

Həmin yazılan məktublardan birinə Qaradağ rayon İcra Hakimiyyətinin verdiyi cavabı təqdim edirik. Həmin cavabla bağlı bir məqamı xatırlatmaq yerinə düşər ki, qanunvericilkdə də birbaşa göstərilib ki, yolda heç bir maneə ola bilməz. Maneə yaradan qurum isə məsuliyyət daşıyır.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam