Redaktor seçimi
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Günün xəbəri

Bakı polisinin sözçüsü: “Küçə ticarətinə qarşı ictimai baxış dəyişməlidir”

 
Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev

Yenixeber.org:  “Polisin küçə ticarəti ilə bağlı mübarizə tədbirlərini keçirməkdə əsas məqsədi cəmiyyəti bu məsələdə həssas olmağa səfərbər etməkdir. Çünki küçə ticarətinə qarşı ictimai baxış dəyişməlidir”.

Bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, ictimai fikir qanunsuz küçə ticarətini ümumi qəbul olunan davranış normaları çərçivəsində görə bilməz.

“Çünki konkret səbəblər var: küçə ticarəti insan sağlamlığına zərər vurur, ətraf mühitin çirkələnməsi, epidemoloji təhdid yaratmaq, vergidən yayınmaya şərait yaradır. Bununla bağlı suallara bu sahənin mütəxəssisləri cavab verməklə, cəmiyyəti məlumatlandıra bilər”- deyə o əlavə edib.

Xidmət rəisi qeyd edib ki, küçə ticarəti ilə bağlı polisin tədbirlərini ictimai müzakirəyə çıxaran bəzilərinin subyektiv fikirləri ziddiyyətli yanaşmanın nümunəsidir və ənənəvi populizmdir: “Sağlam məntiq, sağlam düşüncə, polisin qanunla üzərinə düşən vəzifələrinin yerinə yetirməsini ictimai qınaq obyektinə çevrilməsinə çalışa bilməz. Polisdən bu əmələ göz yumulmasını tələb etmək ictimai məsuliyyətsizliyi təşviqdan başqa heç nə deyil...”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam