Ağcabədinin Hindarx qəsəbə xəstəxanasının təcili yardım maşını daim hazırlıqlı vəziyyətdədir. Bunu mozalan.az ironiya ilə yazıb və təkərsiz ambulans maşınının fotosunu təqdim edib.
Yenixeber.org: Məlumata görə, Ağcabədi səhiyyəsinin mənzərəsini əks etdirən foto rayonda əhaliyə tibbi xidmətin hansı səviyyədə olduğunu göstərir.
Ağcabədiyə baş həkim Rəhbər Əzizov təyin edildikdən sonra rayon səhiyyəsində inkişaf geriləyib. Rayon Mərkəzi Xəstəxanasında rüşvət ayaq açıb nəinki yeriyir, qaçır.
Bundan əvvəl Novruz Abbasov rayonun baş həkimi idi. Onun işdən çıxarılmasına səbəb yol verdiyi nöqsanlar olmuşdu. Amma dəyişən heç nə olmadığı xəbər verilir.
R.Əzizovun Ağcabədi səhiyyəsinə rəhbərliyi heç də RMX-da şəffaflıq yaratmayıb. Hindarxdakı təcili yardım maşını isə vəziyyətin kulminasiya nöqtəsidir.
Bu səbəbdən də həkimlər xəstələri qəbul edərkən, onların sağlamlıqları barədə deyil, nə qədər pul verəcəkləri barədə düşünürlər.
Ağcabədi xəstəxanalarında bəzən pul haqqında çox düşünən həkimlər, nəticədə xəstələrə səhv diaqonoz qoyaraq, onların həyatlarıyla oynayıblar.
Ağcabədidə dərman biznes idə baş həkimin əlindədir. Dövlət büdcəsindən ayrılan vəsait hesabına hər il alınmalı olan dərmanların böyük qismi rayonun apteklərində peyda olur.
Xəstəxanaya baş vuran xəstələrə isə özləriylə sarğıdan tutmuş, yoda qədər almalarını istəyirlər. Yəni, bu vasitələrin heç biri Ağcabədi xəstəxanalarında yoxdur.
Novruz Abbasovun əsas gəlir yerli kəndlərdə fəaliyyət göstərən tibb məntəqələridir. Belə ki, baş həkim tibb məntəqələrinə ayrılmış pulları asanlıqla mənimsəyir.
Daha doğrusu, ayrılmış pulları Tibb Məntəqələrin rəhbərləriylə anlaşaraq, özünə götürür. Yalnız cüzi miqdarını onlara verməklə kifayətlənir.
Ağcabədidə xəstəxanaların təmiri üçün ayrılmış pulların da baş həkim tərəfindən mənimsənildiyi vurğulanır.
Satınalmalar üzrə Dövlət Agentliyinin 2011-2013-cü illər üzrə məlumatına görə, təkcə Ağcabədi rayon Mərkəzi Xəstəxanası azı 30 milyon manat xərcləyib.2013-cü ildə xəstəxananın keçirdiyi 7 milyon 192 min manatlıq tenderin təxminən 6 milyon manatı tikinti və təmirə xərclənib.
2011-ci ildə keçirilən 16 milyon 360 min manatlıq tenderlərin 15 milyon 500 min manatı, 2012-ci ildə ayrılan 17 milyon 318 min manatın azı 16 milyonu xəstəxananın təmirinə gedib.
Ağcabədi rayon Mərkəzi Xəstəxanası ötən 3 ildə 1 milyon 566 min manatlıq dərman preparatı və ləvazimat alıb. Üç ildə xəstəxananın dəftərxana xərcləri 180 min manat olub.
Satınalmalar üzrə Dövlət Agentliyinin məlumatından görünür ki, ölkə üzrə əksər xəstəxanalarda vəziyyət bənzərdir. Vəsaitin böyük hissəsi təmir və tikintiyə, müxtəlif avadanlığın alınmasına xərclənir.
Ağcabədi rayon Mərkəzi Xəstəxanasında texniki təchizat, dərman preparatları, tibbi heyətin xidməti iflic vəziyyətindədir. Rayon Mərkəzi Xəstəxanası sakinlərin ümid yeri, şəfa məkanı yox, cəfa ocağıdır.
Məlumata görə, 180-200 qan təzyiqi ilə xəstəxanaya müraciət etməsinə baxmayaraq, ona, hətta, ilk tibbi yardım etmək üçün dərman preparatları bir yana, iynə vurmaq üçün şpris belə tapılmır.
Məlumatda bildirilir ki, bir müddət əvəvl eyni diaqnozla mərkəzi xəstaxanaya yerləşdirilən əməkdar müəllim Sabira Abdullayeva vətəndaş Nəzakət Seyidovanın aqibəti ilə üzləşmişdi.
S.Abdullayevanın yaxınları aptekdən ilk tibb yardım preparatları almaq məcburiyyətində qalmışdılar.
Qarabağ müharibəsi veteranı, ikinci qrup əlil, Bakir Abdullayev demişdi ki, yoldaşı Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının Onkologiya şöbəsində əməliyyat olunub:
“Həmin zaman xəstəxanaya 500 manatdan artıq pul vermişəm. İndi isə hər "ximya" üçün həkimlər məndən xeyli miqdarda pul tələb edir.
Demək olar ki, yoldaşımın aldığı 55 manat pensiyanın üstünə də 100 manat qoyub onun dava-dərmanlarına xərcləyirəm”.
Xəstəxanasının baş həkimi Rəhbər Əzizov öncə baş verənlərdən xəbərsiz olduğunu, daha sonra sözügedən şəxsə müalicə işlərində yaxından köməklik göstərəcəyini bildirib. Həmçinin o, xəstəxanada bəzi xırda dərman pereparatlarının xəstə tərəfindən ödənildiyini təsdiqləmişdi.(cahan.info)
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.