NİYƏ MƏMURLAR HƏMİŞƏ HAQLI OLUR?
NİYƏ MƏMURLAR HƏMİŞƏ HAQLI OLUR?
Yenixeber.org: Bu sualı təgcə özümə yox, hər kəsə ünvanlayıram. Tənqid olunan, işdən çıxarılan bir məmurun çatışmayan işləri haqqında bir kəlmə deyəndə üstünə elə düşürlər ki, dediyinə peşman olursan. Onlar olur haqlı, düz, xalqın xeyrinə çalışan, tər tökən, sən olursan böhtançı, araqarışdıran, şərxata və daha nə bilim kim. Və beləcə dediyin həqiqəti yalana çıxarıb səni "yaramaz ünsür", "üzdəniraq" kimi xalqın "mühakiməsinə" verirlər. Bu yerdə əlin qalır üzündə və ölkədə haqqın, ədalətin sənin xeyrinə yox,əliəyrilərin, rüşvətxorların, korrupsionerlərin tərəfində olduğuna tam inanırsan. Hər şey- dövlət də, millət də, hakimiyyət də və hətta özün də gözündən düşürsən. Dərdini hara və kimə deməyi də unudursan. Ya hər şeyi qulaqardına vurursan və ya da baş götürüb bu ölkədən çıxıb gedirsən. Anlamayanlar səni qınayır, anlayanlar, vəziyyətdən hali olanlar təqdir edir.
Bu yaxınlarda ölkəmizdə böyük coşqu ilə (deyilənə görə) növbədən kənar prezident seçkiləri keçirildi. Və nazirlər kabineti buraxıldı. Sonra nə oldu? Bax, ən maraqlısı da sonra baş verənlər oldu.Nəydi bu baş verənlər? Bəzi qoca- qoca vəzifə sahibləri işdən çıxarıldı və bəzi qoca-qocalar vəzifə başına gətirildi. Bu yerdə deyirlər ey: "Keçəl Həsən, Həsən keçəl". Amma bəzi istisnalar da oldu. Müxtəlif sahələrə cavan kadırlar təyin olundu. Kimin necə işləyəcəyi isə sonradan məlum olacaq. Yox, hələlik bir neçə nəfərin necə işlədiyi ilk gündən nəzər diqqəti çəkdi. Məsələn Kənd Təsərrüfatı Naziri fermerin quzusunu qucağına götürdü, Sosial Müdafiə Naziri pensiyaları ayın ikinci ongünlüyünün sonunda yox, birinci ongünlüyün ortalarında verdi. Hələlik bu iki nazir xalqın rəqbətini qazanıb. Bu bir vətəndaş kimi məni sevindirir. Kaş köhnələr də, təzələr də bunlardan nümunə götürəydilər.
Bəlkə də bu yazını yazmazdım. Amma Qaçqınların və Məcburi Köçkünlərin sabiq sədri Əli Həsənovun mətbuatda barəsində yayılan xəbərlərə sərt münasibətini oxumasaydım. "Yeni Müsavat"qəzetində bir məqalə dərc olunub. Adı ba belədir: "Əli Həsənov qaçqınları xələfinin üstünə qaldırdı". Sabiq sədr bu xəbərdən bərk əsəbləşib və muxbiri komitənin qəbul günlərini bilməməkdə qınayıb. Ola bilər, cənab Əli Həsənov. İndiyə kimi haqqınızda yazılanlara niyə belə tez reaksiya vermirdiniz? Axı Azərbaycan mətbuatı sizin nələr elədiklərinizi oxuculara çatdırırdı. Əgər o xəbərlər yalan, böhtan, qarayaxma idisə onda niyə yazı müəllifini məşər ayağına çəkmirdiniz, sizi şərlədiyinə, şərəf və ləyaqətinizi təhqir etdiyinə görə məhkəməyə verib cəzalandırmırdınız?! Gün kimi hər kəsə aydındır ki, bunları edə bilməzdiniz. Çünki həqiqər göz qabağındadır. Xalq kor ola bilməz. O hər kəsi və hər şeyi görür! Təkcə siz özünüz yox, bütün qohum- əqrabanız vəzifə, var- dövlət sahibisiniz. Qanunlar sizi və sizin kimiləri qoruyur. Yığ- dağıt və sonra da rahatca vəzifədən get.
Bu gün respublikada belələrinin sayı istəlinən qədərdir. Artıq xalq belələrinin əlində cana doyub. Bu gün vəzifədən kanarlaşdırılan hər bir iri çaplı məmurun, səhərisi gün hansı var- dövlətin sahibi olduğu gündəmə gəlir. Daşınmaz əmlaklarının şəkilləri çəkilib müəyyən şəbəkələrdə yayımlanır. Xalq əsib- coşur, qəzəbini, nifrətini bildirir. Ancaq yuxarılar susur. Nə vaxta qədər?
Yazımın axırında böyük hind mütəfəkkiri R. Taqordan bir misal çəkməsəm yazımın bəzəyi olmaz. O, yazıb: "İlahi, istədiyin cəzanı mənə ver.Çəkməyə hazıram. Amma poeziyanı başa düşməyənin yanında şeir oxumaq cəzasını vermə". Onun sözü olmasın, Allah bizə haqqımızı yeyənlərdən, ədaləti, həqiqəti tanımayanlardan bunu istəmək cəzası verb. Biz də başımızı aşağı salıb çəkirik bu cəzanı. Döz millət, döz! Axı, sən dözümlüsən. 26 ilin erməni işğalına dözürsən, buna da döz.
Məhərrəm Şəmkirli