Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Allahsızlaşıb kimsəsizləşən bəndələr

Fərman Kərimzadə anıldı

                              

Xeberinfo.com:  

 Hər zaman haqsızlıqla,ədalətsizliklə,qanunsuzluqla,mərhəmtsizliklə rastlaşanda özümüzü rahatlamaq üçün deyirik: "Allah göydən baxır,haqq yerini tutacaq,cəzasızın cəzasını verəcək".Allaha ümid edib əl-qolumuzu yanımıza salıb,Allahın nə vaxt bizim ümidimizi çin edəcəyini gözləyirik. Gəlin görək bu doğurdanmı belədir.Mən öz payıma deyirəm,hələ ki,bunu görməmişəm,görmürəm və bəlkə də heç zaman görməyəcəm.Dünya belə gəlib,belə də gedəcək.Yəni hər zaman olduğu kimi haqsız haqlını,güclü gücsüzü,çirkin gözəli,acı şirini yenəcək.Ədalətin,həqiqətin,haqqın oturuşması,zəfər çalması bir istək,arzu olaraq qalacaq reallaşmayacaq.Və sənin Allaha olan inamın,etiqadın azalacaq,üzündəki sevincin, dodağındakı təbəssümün səndən uzaq düşəcək.

   "Allah göydən baxır" həqiqətimiz bizi niyə sevindirmir? Baxırsa,bəs onda niyə böyük bir millətin torpaqsızlığına,elsiz-obasızlığına,qaçqın,köçkün dərdinə göz yumur,niyə dünyanın böyük dövlətlərinin mənəm-mənəmliyinə,ağalığına əməli ilə cavab vermir?! Məyər, yerin-göyün sahibi o deyilmi? Göydə demirəm,bir ovuc yerində nizam-intizam,insani həyat yarada bilmirsə,mənim onun mövcudluğuna şübhəm var.

    Bəzən cəmiyyətdə,kənddə,kəsəkdə,məhəllədə özünü yaxşı aparmayan,yetənə yetən,yetməyənə də bir daş atan,davranışığı,danışığı ilə insanların əsəblərini tarıma çəkən,daşdıran birisi haqqında deyirlər, yiyəsi yoxdur.Yiyəsi olsaydı ipini çəkərdi,təpinərdi,ən azından ağzının üstündən bir sillə vurardı.Bu gün Allahla bəndə arasındakı yaxınlıq bu formadadır.Allah bəndəsini yiyəsiz,başlı-başına buraxıb.Heç bəndədə Allahına bəndəlik etmir.Baş verən bütün eybəcərliklər də elə bu yiyəsizlikdən doğur.Mənə elə gəlir ki,ya Allah yaratdıqlarını övladlıqdan çıxarıb,ya da övladlar Allahsızlaşıb,onu tanımırlar. Hər iki halda bu yiyəsizlik anlamına gəlir.

    Bu günün şərəfsiz,ləyaqətsiz,vicdansız həkimi analiz götürən labaranta göstəriş verir ki,çalış xəstədə bir şey tap,çörəyimiz olsun.Dindaşının,soydaşının ağrısından,əzabından,əziyyətindən çörək yeyən tibb işçilərinə o çörək haram olub burunlarından gəlmir?! Ay Allah, deyirlər hər şeyi hər kəsdən sən yaxşı görüb,bilirsən.Bəs niyə həkimlərin bu qeyri-insani hərəkətini görmürsən? Və ya görürsənsə,bilirsənsə onda niyə cəzalarını vermirsən? Bilirsənmi ki,o artıq səni unudub tanımır,sənsizləşib.Tanısaydı səndən qorxardı,çəkinərdi,belə bir şərəfsizliyi,alçaqlığı etməzdi.

   Son günlər ölkədə hamı (bura harınlaşmış məmurlar daxil deyil) yas içindədir.Dövlətin manatı ölüb,dəyərdən düşüb.Ağlaşma,vay-şivəndir.Ölmüş manatın üstündən onu ayaqlayıb keçən işbazlar nəyinki xaricdən aldıqları məhsulun,eləcə də daxildə istehsal olunan hər şeyin qiymətini qaldırdılar.Kasıb xalqın qayğısını "çəkən" dövlət qurumları əlüstü "fəliyyətə" kecdilər.Süni qiymət artımının qarşısını (güya ki) almaq üçün tv ekranlarında müsahibə vermək üçün basa-bas saldılar.Çörək sexlərinə getdilər,çörəkləri çəkdilər və Azərbaycanda heç vaxt düz işləməyən tərəzilər hər şeyi düz çəkdi.Və məlum oldu ki,çörəyin çəkisi azalmadı,qiyməti də artmadı.Bu yerdə deyillər: "Yalançıya Allah qənim olsun". Lakin Allah qənim olmur,əksinə zavallı milləti çörəklə sınağa çəkir.Bəs, onda hanı özümüzü təmin edəcək taxılımız? Çörəyin çəkisi azalmayıb deyənlərdən soruşuram: Əcabə,siz dediyiniz kimidirsə,niyə mənim ailəmə qabaqkı kimi,3 ədəd 40 qəpiklik çörək bəs eləmir? Bəlkə biz qarınqululaşmışıq? Bunuda Allah bilir.

 "Hər şey dövlətin nəzarətindədir" deyənlər,bu zavallı və başı aşağı,üzü tüpürcəkli milləti aldatman,millət 40 qəpiklik bir loxma olan çörəyi qulağının dibinə yox,ağzına yeyir.

   Bu yaxınlarda nə qədər dava-dərmanın ucuzlaşdırılmasını tv-lərdən gündə yüz dəfə xalqın gözünə soxan hakimiyyət nümayəndələri bu gün sevinə-sevinə bəyan edirsər ki.3666 adda dərmanın qiyməti artırılıb. Necə oldu ki,aylardır xalqın qulağını yağır edən xəbəri Allahın qulağı eşitmir və ya.gözü görmür? Türk qardaşlarımız demiş,sən nə biçim Allahsan Allah???

                            

Məhərrəm Şəmkirli    

 

   


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam