Avtovağzalda kassalar ləğv olunsun
İndi başqa prinsiplə işləyirlər
"xeberinfo.com": Kimsə desə ki, Azərbaycanda filan sahədə nöqsan yoxdur,hər şey yağ kimi gedir.Boğazıma diri ilan (doğrudur bu gün-qışın-qış günündə ilan tapmaq bir balaca çətin olacaq) salsalar da inanmaram.Mənim aşıq yaradıcılığına böyük sayğım var.Aşığın oxumağını,çalmağını böyük zövqlə dinləyirəm.Amma aşıqlıq istedadım sıfıra bərabərdir.Buna baxmayaraq aşıq kimi gördüyümü çağırıram.Yəni gördüyümü,eşitdiyimi deyirəm,yazıram.Və hərdən o həddə çatıram ki,buna görə özümə köntöyü bir söyüş də söyürəm.Məsələn,deyirəm ki,ay dünyadan xəbərsiz,ay filan,filan olmuş, kimdir səni saya salıb eşidən,yazdığını oxuyan.Niyə ağrımaz başına dəsmal bağlayırsan? Niyə oturduğun yerdə oturmursan? Bilmirsən ki,ölkədə rüşvətxorluq,korrupsiyaçılıq,mənəm-mənəmlikdi,görmürsən kim nə istəyir onu da arın-arxayın,qorxmadan,çəkinmədən edir.Hətta elə iri buynuzlu məmurlar var ki,lap həddini aşıb.Deyir burda mənəm,Bağdadda kor xəlifə.Belə üzdəniraq məmurlarla qabaqlaşan zavallı xalqın da hakimiyyətə olan inamı tamamilə itir.Və belə qənaitə gəlirsən ki,deməsənmi hakimiyyət məmurlarını başlı-başına buraxıb.Onlar da istədikləri kimi xalqı əzir,istismar edir,dövlətin qapısını dədəsinin qapısı bilib ordan qovur,aylarla get-gələ salıb süründürür.
Ölkədə xalqı narazı salan,onun əsəbləri ilə oynayan,onu heç adam yerinə qoymayan sahələrdən biri və bəlkə də birincisi nəqliyyatdır.Nəqliyyat deyəndə iraq-iraq olsun,adamın yadına xalqın dediyi bir söz düşür.Xalqın da dediyində yalan olmaz,o,gördüyünü deyir.Atalarımız əbəs yerə deməyib ki,"Xalqın gözü tərəzidir".Xalq deyir,filankəsin başı var-dövlət yığmağa elə qarışıb ki,əzizlərini,doğmalarını,dost-tanışlarını belə unudub.Hətta arvad-uşağı belə.
Yazımızın qəhramanı olan Nəqliyyat Nazirliyinin keyfiyyətsiz körpülər salmağa,yollar çəkməyə,lazımsız yerlərdə keçidlər tikməyə başı elə qarışıb ki,tabeliyində olan nəqliyyatın necə və hansı prinsiplərlə işlədiyi,müfəttişlərinin günün günorta vaxtı kimsəsiz,arxasız sürücüləri camaatın gözü qarşısında şil-küt eləməsindən belə xəbəri yoxdur.Marşurut avtobuslarının hansı formada işlədiyi hamıya məlumdur.Nazirlik rəsmilərinin TV-lərdən qıpqırmızı yalanlar danışması adamı dəli eləmək həddinə çatır.Marşurut avtobuslarının necə və hansı prinsiplərlə işləməsi başqa bir yazının mövzusudur.Bu yazının hədəfində Beynəlxalq Avtovağzalından rayonlara və oradan geriyə işləyən avtobusların xalqa "nümunəvi xidmət"i ilə bağlıdır.
İldə azı bir,iki dəfə xeyirdə,şərdə işdirak etmək üçün doğma kəndimə gedirəm.Təbi ki,piyada getmirəm,avtobusla gedirəm.Özü də Qazax və Sınıq körpü istiqamətinə gedənlərlə.Bu yaxınlarda Bakıdan yenə Şəmkirə toya ( kaş həmişə toy-düyün ola) gedirdim.Avtovağzala təzəcə ayaq qoymuşdum ki,bir neçə nəfər (bunlara çağrışçılar deyirlər) qabağımı kəsib:-Hara gedirsən?-deyə soruşdular.Mən də qəsidən dedim ki,narahat olman,heç bir yerə getmirəm,-deyib onlardan uzaqlaşdım və aşağı qata düşüb kassadan Sınıq körpüyə gedən avtobusa,Şəmkirin Zəyəm qəsəbəsinə kimi bilet aldım,7 manata.Amma bilet 6 manat neçəsə qəpik idi.Ona görə fərziyəylə deyirəm ki,biletin üstünə vurulmuş möhür bunu dəqiq oxumağa mane olur.Nə isə,şükür deyib,yuxarı avtobuslar dayanan yerə qalxdım.Əgər kassadan bilet almasaydım sürücü zor-xoş məndən həmin məsafəyə 10 manat alacaydı.Və mən şayət etiraz(indi nə etiraz eliyən var,nə də etiraza filana qulaq asan) etsəydim,yaxşı,8 manat ver.-deyib məni sakitləşdirəcəydi.Mən də deyinə-deyinə,bir para adamları söyə-söyə gediş haqqı kimi 8 manat ödəyəcəydim.
Hər gün Bakı Beynəlxalq Avtovağzalından minlərlə insan rayonlara gedir və bəlkədə bundan iki dəfə çox insan rayonlardan Bakıya gəlir.Sərnişənlərin demək olar ki,70% dən çoxu biletsiz gedib-gəlir.Heç kim də biletin dəqiq qiymətini bilmir.Bəyənmədiyimiz,şitinə şıllaq atdığımız Sovet dönəmində kassaların qabağında,qatar və avtobus salonlarında qiymət cədvəli olardı.O cədvəllər sovetin qalığı kimi elə sovetin də arxivinə göndərildi.
Zülümlə,zillətlə qazandığımız bir tikə çörək pulunu "sağ ol"deyib çox rahatlıqla hansısa əliəyriyə,müfdəxora veriririk ki,sən balanın canı,bunu mən yeyə bilmirəm,al sən ye.Və beləcə, halal pulunu verən və onu qorxub-çəkinmədən alan qanunu pozur,ona sayğısızlıq göstərir. Beləliklə də gələcək nəsili də qannsuzluğa,əliəyriliyə,rüşvətxorluğa,müftəxorluğa öyrədirik.
Deyirəm,milyonlarla pul xərclənib,elə bir gözəl,göz oxşayan,Avropa standartlarına cavab verən vağzal tikilib ki,qazabcını fırıldaqçılar,əliəyrilər,rüıvıtxorlar götürsün? Əgər sərnişənlərə bilet satılmayacaydısa nəyə lazım idi kassalat tikib,kassirlər (xəzinadarlar)yeri açmaq?
Yanvar ayının 27-də Şəmkir rayonunun Düyərli kəndindən Qazaxdan gələn 50 CM 689 nömrə nişanlı Ford markalı Qazax-Bakı-Sumqayıt marşurutunda işləyən avtobusa mindim.Salonda bir neçə sərnişin vardı.Onlar da manitorda yayımlanan,tamaşaçıya boş hırıltıdan başqa heç nə verməyən "Bozbaş"verilişinə baxırdılar.Özü də yüksək səslə.Ucara çatana kimi sürücü məndən gediş haqqı istəmədi.Çay içmək üçün dayananda sürücü məndən 10 manat istədi.Etiraz edib dedim ki,axı gediş haqqı heç 7 manat deyil,amma sən məndən 10 manat istəyirsən.Niyə?Dedi ki,"veş"aparırsan,ona görə.O,doğru deyirdi.Mənim pay-püşlü bir neçə sellofan torbam vardı.Dedim,məyər 5-10 kq çəkisi olan torbalar üçün əlavə haqq alınır? Heç bir cavab vermədi,susdu.Amma belə məntiqsiz iradlarıyla məni xeyli əsəbləşdirdi.
Avtobusda baş verən olay birinci dəfə olsaydı,bəlkə də yazıb ağartmazdım.Çox təəssüf ki,bu hər zaman belə olur və olmağında da davam edir.Nə qədər deyirsən,yazırsan düzəlmir ki,düzəlmir.Və nə vaxtsa düzələcəyinə də məndə inam yoxdur.Çünki qəbul olunan qanunlar ancaq kağız üzərində qalır,işləmir.Acı təəssüf hissi ilə deyirəm İlahi,görəsən,bu məmləkətdə olan qanunları işlək hala gətirib xalqı sevindirəcək bir kişi sinəsini qabağa verib irəli çıxacaqmı? Kaş o günü ölməmiş görə bilək ki,gor evinə gedəndə qanunların ali olduğu bir ölkənin vətəndaşı kimi rahat uyuyaq.
Məhərrəm Şəmkirli