Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Azərbaycanda vərəmlə bağlı ilk- Epidemioloji xəritə

Azərbaycanda vərəmlə bağlı ilk

 

 

Elmi-tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu “Azərbaycan Respublikasında ağciyər vərəmi olan xəstələrdə vərəm mikobakteriyası ştamlarının molekulyar-genetik mutasiyalarının tədqiqi” layihəsi Prezident yanında Elmin İnkişafı Fondunun kompleks elmi-tədqiqat proqramları üzrə qrant müsabiqəsinin (EİF-KETPL-2015-1(25)) qalib layihələrinin siyahısına daxil edilib

 

Yenixeber.org: Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, layihə çərçivəsində aparılacaq tədqiqatın məqsədi - Azərbaycanın müxtəlif regionlarında ağciyər vərəmi olan xəstələrdə rast gəlinən vərəm mikobakteriya ştamlarının molekulyar genetik spesifikliyinin tədqiqidir.

Layihə çərçivəsində 2017-ci ilin aprel ayından elmi işlər başlanıb və davam etdirilir. Layihənin icrasında Elmi Tədqiqat Ağciyər Xəstəlikləri institutunun elmi işçiləri iştirak edirlər. Fəaliyyət çərçivəsində bir sıra istiqamətlər üzrə fəaliyyətlər, o cümlədən, Azərbaycan ərazisində rast gəlinən vərəm ştamlarının molekulyar-genetik tədqiqi, ölkədə rast gəlinən vərəm ştamlarının izolyantları muzeyinin yaradılması, vərəm mikobakteriyalarının genetik mutasiya xüsusiyyətləri və yayılma intensivliyi, həmçinin dərmanlara davamlılıq spektri göstərilməklə ilk epidemioloji xəritənin tərtibi, vərəm infeksiyasının dərmanlara davamlı formalarının erkən aşkarlanması və vərəmin diaqnostik alqoritminin təkmilləşdirilməsi üçün tövsiyyələrin hazırlanması və s. nəzərdə tutulub.

Azərbaycanın müxtəlif regionlarında ağciyər vərəmi olan xəstələrdə vərəm mikobakteriya ştamlarının molekulyar genetik spesifikliyinin tədqiqi vasitəsi ilə erkən diaqnostika və epidemioloji nəzarət tədbirlərinin təkmilləşdirilməsi layihənin əsas elimi tədqiqat ideyasıdır.

Azərbaycanın müxtəlif regionlarında ağciyər vərəmi olan xəstələrdə vərəm mikobakteriya ştamlarının molekulyar genetik spesifikliyinin tədqiqi vasitəsi ilə erkən diaqnostika və epidemioloji nəzarət tədbirlərinin təkmilləşdirilməsi layihənin əsas məqsədidir.

Layihənin vəzifələri sırasına, Azərbaycan ərazisində rast gəlinən vərəm ştamlarının molekulyar-genetik tədqiqi vasitəsi ilə ölkə üçün spesifik genotipik və mutasiya xüsusiyyətlərin öyrənilməsi, laborator tədqiqatların nəticələrinin analitik təhlili məqsədilə ölkə üzrə məlumat bazasının yaradılması, məlumatların müxtəlif statistik təhlil proqramları vasitəsi ilə analizi və s. daxildir.

Layihənin əsas elmi ideyası Azərbaycan ərazisində ağciyər vərəmi olan xəstələrdə vərəm mikobakteriya ştamlarının genetik xüsusiyyətlərinin tədqiqi və dərmanlara davamlılıq formalaşmış ştamlarının genetik mutasiya xassələrinin öyrənilməsidir. Bu tədqiqatlar nəticəsində əldə olunmuş məlumatlar və laborator nümunələr ölkədə ilk dəfə olaraq vərəm mikobakteriyalarının dərmanlara davamlılıq və genotipik xüsusiyyətləri nəzərə alınmaqla, ölkə üçün ilk epidemioloji xəritənin tərtibi üçün istifadə olunacaq və ölkə ərazisində vərəmə dair epidemioloji nəzarət tədbirlərinin səmərəliliyini artırmağa imkan verəcək.

Tədqiqat nəticəsində əldə olunacaq göstəricilər ölkədə vərəm infeksiyasının genotipi və genetik mutasiya xassələrini öyrənərək, epidemioloji təhlükəsizlik tədbirlərin təkmilləşdirilməsinə xidmət edəcək. Eyni zamanda, vərəm mikobakteriya ştamlarının konkret regional areala xas genetik mutasiaylara dair məlumatlara əsaslanan ilk epidemioloji xəritənin yaradılması, ölkədə vərəmin profilaktikası və erkən diaqnostikası, həmçinin epidemioloji salamatlılığı üçün böyük əhəmiyyət kəsb edəcək.

Tədqiqat müddətində aparılacaq laborator müayinələrin müqayisəli təhlili müxtəlif test sisteminin etibarlılıq və effektivliyini müəyyən etməyə imkan verəcək. Vərəm infeksiyasının dərmanlara davamlı formalarının erkən aşkarlanması və vərəmin diaqnostik alqoritminin təkmilləşdirilməsi üçün tövsiyyələrin hazırlanması və ölkə üzrə vərəm infeksiyasına epidemioloji nəzarət sisteminin təkmilləşdirilməsi üçün tövsiyyələrin hazırlanması ölkədə vərəmə nəzarət fəaliyyətlərinin səmərililiyini artırmaq üçün əhəmiyyətli rol oynayacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam