Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Bakıda vərəm xəstəsi olan müəllimə görə şagird və müəllimlər müayinəyə cəlb olundu

Bakıda vərəm xəstəsi olan müəllimə görə şagird və müəllimlər müayinəyə cəlb olundu

 

 

"Bakı şəhərinin mərkəzi məktəblərinin birində müəllimənin vərəm xəstəsi olması barədə Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutuna məlumat daxil olub"

 

Yenixeber.org: Bunu institutunun direktoru Həqiqət Qədirova deyib.

Hazırda bu məsələnin araşdırıldığını deyən H.Qədirova qeyd edib ki, müəllimənin vərəm xəstəsi olması onun haqqında məlumatın vərəmə yoluxmuş şəxslə bağlı elektron məlumat bazasına təqdim edillməsi zamanı aşkarlanıb:

"Hazırda xəstə özü vərəm əleyhinə müəssisədə müalicə edilir. Onun barəsində olan məlumat isə müvafiq Gigiyena və Epidemiologiya Mərkəzinə göndərilib ki, işlədiyi müəssisədə lazımi tədbirlər görülsün".

H.Qədirova qeyd edib ki, xəstə müəllimənin işlədiyi məktəbdə həm Ağciyər Xəstəlikləri İnstitutu, həm 1 saylı Vərəm Əleyhinə Dispanser, həm də Nəsimi rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən lazım olan tədbilər həyata keçirilir:

"Məktəbdə həm şagirdlərin, həm də müəllimlərin müayinəsi aparılır. Müayinələr təxminən 1 həftə ərzində başa çatacaq. Ondan sonra məktəbdə vərəmlə bağlı vəziyyətin necə olduğu aydın olacaq".

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam