Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

ATU-nun Onkoloji klinikasında rüşvət xərçəngi

 

Tibb Universitetinin Onkoloji klinikasında rüşvət xərçəng kimi yayılıb. Hətta tibbi terminlə desək, metastaz verməkdədir. ATU-nun rektoru Əhliman Əmiraslanovun bu klinikasında cərrahiyyə əməliyyatlarının məbləği onkoloji xəstələrin yerindəcə taleyi ilə barışması deməkdir. 

 

"Xeberinfo.com":   Məlumata görə, bu klinikada onkoloji xəstələrin yaxınları soyğunçuluqla üzləşir. Klinikaya müraciət edənlərin ən ağır xəstəliyə yoluxduğunu və yaşamaq şansı az olan insan olduğunu nəzərə alsaq, tibb ocağı daha insaflı davranmalıdır.
Ancaq bu, nə baş həkimi, nə tibb personalın maraqlandırır. Dövlət səhiyyə ocaqlarında pulsuz tibbi xidmət barədə nazir Oqtay Şirəliyevin məlum sərəncamı bu klinikada “sabun köpüyü”nə çevrilib - “pulunu ver, şəklini çəkdir”. Məlumatda deyilir ki, Tibb universitetinin onkoloji klinikasında cərrahiyyə əməliyyatı 4 min manata başa gəlir. Bu fantastik rəqəmi açıqlayan qaynağımızın sözlərinə görə, tibb müəssisəsində açıq şəkildə bazar şəraiti yaradılıb. Klinika rəhbərliyi ölüm ayağında olan vətəndaşlara qarşı amansız rəftarı ilə diqqət çəkir. Çünki ən qəddar adam belə 4 min manat tələb etməz. 
Xəbərdə bildirilir ki, səhiyyə nazirinə bu tibb ocağından kütləvi şikayətlər daxil olmaqdadır. Eyni zamanda Prezidentə və Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə də şikayət ərizələri göndərilir. Mənbə iddia edir ki, Onkoloji klinikada 4 min manata başa gələn əməliyyat İran, Gürcüstan və Türkiyədə qat-qat ucuz həyata keçirilir. 
Bu isə Azərbaycan səhiyyəsinə olan inamı yerlə bir edib. Məlumatda deyilir ki, ATU balansındakı bu klinikanın rəhbərliyi xalqı dövlətdən narazı salmaqla öz mənfəətini güdür. Onkoloji klinika Azərbaycan Respublikasının Nazirlər kabinetinin 23 noyabr 2006-cı il 250 saylı qərarına əsasən yaradılıb Onkoloji klinikanın açılışı 18 iyun 2007-ci ildə olub.

 

TİA.AZ


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam