Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

Rusiyada azərbaycanlı general vəfat etdi

 

 

Rusiya Federasiyasında yaşayan azərbaycanlı alim, fizika-riyaziyyat elmləri doktoru, professor Valeh Cəfər oğlu Quliyev vəfat edib

 

Yenixeber.org: V.Quliyev ötən gün Moskva şəhərində qəfil ürək tutmasından dünyasını dəyişib.

Xatırladaq ki, Valeh Cəfər oğlu Quliev 1943-cü ildə Salyan rayonunun Şorsulu kəndində anadan olub. Orta məktəbi bitirəndən sonra 1963-cü ildə Bakı Dövlət Universitetinin mexanik-riyaziyyat fakültəsinə daxil olub. O, 1969-cu ildə Bakı Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirib və həmin ildə M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin aspiranturasına daxil olub. O, professor Y.P.Çerepanovun rəhbərliyi altında kövrək və knazikövrək möhkəmlik mexanikasının problemləri ilə məşğul olub və 1974-cü ildə Moskva Dövlət Universitetinin Elmi Şurasında disertassiya müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsini alıb.

V.Quliyev Moskva Avrasiya İnstitutunda böyük elmi işçi, daha sonra bölmə müdiri vəzifəsində çalışıb. Eyni zamanda 1979-1989-cu illərdə Azərbaycan Elmlər Akademiyası Elmi-Tədqiqat Mexanika və Riyaziyyat İnstitutunda xüsusi konstruktor bürosuna rəhbərlik edib. 1980-ci ildə Moskva Dövlət Universitetinin elmi şurasında “Möhkəmlik mexanikasının bəzi tətbiqi və nəzəri problemləri” mövzusunda disertassiya müdafiə edərək elmlər doktoru, 1987-ci ildə isə professor adını alıb. O, Moskva Dövlət Açıq Universitetində ali riyaziyyat kafedrasının müdiri, 1998-ci ildən tətbiqi riyaziyyat kafedrasının müdiri və Moskva Dövlət Açıq Universitetin filial direktoru kimi vəzifələrdə çalışıb. 1996-cı ildə Çuvaşiya Respublikası Mühəndis Texnologiyası Akademiyasının həqiqi üzvü, akademiki seçilib.

2005-ci ildə kosmonavt xidmətlərinə görə, V.Quliyevə general-mayor rütbəsi verilib. O, “Kosmik texnikanın əməkdar sınaqçısı”, “Kosmonovtika veteranı” fəxri adlarına, 1-ci dərəcəli Böyük Pyotr, 3-cü dərəcəli “Vətənin müdafiəsi”nə görə orden və medallara layiq görülüb.

Qeyd edək ki, V.Quliyev 175 elmi əsərin, 7 dərsliyin, 2 monoqrafiyanın məllifidir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam