Redaktor seçimi
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
Günün xəbəri

Hicran Hüseynovadan etiraz-Zorakılıq qurbanları sonradan cəmiyyətin içinə necə çıxa bilərlər?

 

Zorakılığa məruz qalan insanların, xüsusilə uşaqların ad və soyadının, yaşadığı ünvanların KIV-lər tərəfindən açıq şəkildə verilməsi düzgün deyil.

Yenixeber.org-un məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.

Onun sözlərinə görə, məlumatların açıq yazılması həmin insanlar üçün problemlər yaradır:

"Bir çox saytlarda zorakılıq halları barədə məlumatlarla çox rastlaşırıq. Əfsuslar olsun ki, bu məlumatlar çox zaman professional şəkildə olmur. Məlumatlar fakt kimi verilə bilər. Amma zorakılıq qurbanlarının, xüsusilə uşaqların adlarının verilməsi düzgün deyil. Həmin insanlar sonradan cəmiyyətin içinə necə çıxa bilərlər? Xarici kanallarda zorakılıq qurbanlarının üzünü örtürlər, adlarını vermirlər. Bu, belə olmalıdır".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam