Komitə sədrinə şok qadağa: 170 minlik rüşvət işi qayıdır
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədri 170 minlik rüşvət qalmaqalını ört-basdır elədi
Xeberinfo.com: Verilən son xəbərə görə, Hicran Hüseynova məsuliyyətdən yayınaraq işi gündəmdən çıxardı. Komitə sədri külli miqdarda dələduzluqda faktı ilə bağlı ittiham olunmasına baxmayaraq, heç nə baş verməmiş kimi məsələni qapatdı. Azərbaycan reallığında təəccüblü hadisə olmasa da, ən azından komitə rəhbəri kimlərisə cəzalandıra bilərdi. Qanunvericiliyə görə faktla bağlı istintaq getdiyi üçün H.Hüseynovanın ölkədən çıxışı yasaqlanıb. Çünki onun ölkədən qaçmış keçmiş aparat rəhbəri Səfər İmanovla rüşvət əməliyyatında birgə adı hallanır. Ölkədə ailə və uşaq problemləri ilə məşğul olan komitənin adı rüşvətə qarışıbsa və ona ən yaxın kadr olan aparat rəhbəri dövlət büdcəsini talayıb, insnalardan rüşvət alırsa burada sözün bitdiyi yerdir. H.Hüseynovanın rəhbəri olduğu komitənin ləğvi də istisna deyil. İlk növbədə iqtisadi böhran struktur islahatlarını şərtləndirib. Hökumət israfçılığa getmək istəmir və biri-birini təkrarlayan qurumları ya ləğv edir, ya da birləşdirir. Bu komitənin də ləğvi istisna deyil və sözügedən sahə üzrə işləri qeyri-hökumət təşkilatları həyata keçirə bilər. Komitəyə ayrılan pullar onlara yönləndirilə bilər i vətəndaş cəmiyyəti üzvləri daha aktiv işləyər. Hüseynovanın komitəsi isə heç də qaneedici fəaliyyət göstərmir. Azərbaycanda Heydər Əliyev Fondu bu istiqamətdə çox böyük işlər görür. Bu baxımdan sözügedən quruma ehtiyac qalmayıb. Ona görə adı rüşvətə qarışmış komitənin ləğvi gündəmdədir. H. Hüseynova isə mətbuatda barəsində səslənən rüşvət alma ittihamlarına belə münasibət bildirmişdi: "Əlbəttə, bunlar hamısı yalan, böhtandır. İkinci söhbət ola bilməz. Amma qoy araşdırsınlar. Baxsınlar, kimin burada günahı var, kim hansı işləri törədib?”. Qeyd edək ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin keçmiş aparat rəhbəri Səfər İmanov dələduzluqda ittiham olunur. Vəkil Adəm Məmmədov açıqlamasında S. İmanovun vətəndaş Eynur Kərimovu icra başçısının müavini vəzifəsinə düzəltmək adı ilə ondan 170 min dollar aldığını bildirib. S.İmanovun Bakı-İstanbul reysi ilə ölkəni tərk edib. E. Kərimov isə mətbuata açıqlamasında rüşvət qalmaqalında AQUPDK sədri H. Hüseynovanın adını hallandırıb. (Gundelik-baku.com)