Redaktor seçimi
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Əli Həsənovun kürəkəninin Avropada biznes şəbəkəsi aşkarlandı -
Biləsuvarda dövlətin pulu könül istəyi ilə xərclənir(?) -
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
Günün xəbəri

Bakı və Abşeronun bəzi əraziləri işıqsız qaldı

 

 

 

Bakı şəhəri və Abşeron rayonunun bir sıra kənd və qəsəbələrində elektrik enerjisinin verilişində fasilələr yaranıb. Kəsinti əsasən Abşeron rayonunun Masazır, Saray qəsəbələrində və Suraxanı rayonunun Hövsan və bir sıra kəndlərində qeydə alınıb.

 

Yenixeber.org: “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib ki, elektrik enerjisi verilişindəki fasilə güclü külək və bütün sutka boyu davam edən yağışlarla bağlıdır: “Gecədən etibarən əməkdaşlarımız və texnikamız hadisə yerinə ezam edilib. Hazırda onlar problemin aradan qaldırılması ilə məşğuldur. Bir çox ərazilərdə yaranan qısa fasilə aradan qaldırılıb və abonentlər elektrik enerjisi ilə təmin edilib. Yaxın saatlarda həmin ərazilərdə də problemlər həll ediləcək”.

T.Mustafayevin sözlərinə görə, elektrik enerjisi ilə təchizatda fasilələr daha çox həyət evləri olan ərazilərdədir: “Ötən ilə nisbətən bu il çağrı mərkəzinə edilən zənglərin sayında azalma qeydə alınıb. Havanın küləkli və yağışlı keçməsinə baxmayaraq, abonentlərin müraciətləri barmaqla sayılacaq qədərdir”. (report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam