Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Zaqatalada güclü sel körpünü uçurdu - FOTO



Şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti hökm sürür, aramsız yağış yağır, havanın hərarəti 13 dərəcə aşağı düşüb
 İsmayıllıdan sonra Zaqatalada da güclü yağışlar selə səbəb olub, bir sıra fəsadlar törədib.
Yenixeber.org: Tala çayında suyun səviyyəsinin qalxması nəticəsində Yolayrıc, Höytala, Böhtala kəndlərində həyatyanı sahələri su basıb.
Tala çayında suyun səviyyəsinin artması nəticəsində Böhtala və Höytala kəndlərini birləşdirən, ötən əsrin 80-cı illərində inşa edilən dəmir konstruksiyalı körpünün bir hissəsi uçub.
Musa Diqayev (kənd sakini): "50-dən çox evi su basıb. Qoyun, toyuq hamısı məhv olub".
Göyəm kəndinin yaxınlığından keçən Tala çayında Famil Ramazanovun idarə etdiyi qoşqulu traktor qalıb. Sürücü və traktorun qoşqusunda olan üç nəfər Fövqaladə Hallar Nazırliyinin Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən xilasediciləri tərəfindən çaydan çıxarılaraq təhlükəsiz əraziyə aparılıb.
Külək və yağış nəticəsində ağac budaqları və elektrik naqilləri də qırılıb. Axşam saatlarına yaxın Zaqatala Paylayıcı Elektrik şəbəkəsində yüksək gərginlikli yağ açarını ildırım vurub. Nəticədə rayon mərkəzinə və ətraf kəndlərə elektrik enerjisinin verilməsində fasilə yaranıb. Aidiyyatı qurumlar tərəfindən baş vermiş qəzaların aradan qaldırılması istiqamətində iş aparılıb. Artıq yaranan problemlər tam aradan qaldırılıb.
Gecə saatlarından başlayaraq Zaqatala rayon FHN Komissiyasının üzvləri və Müvafiq qurumlar gücləndirilmiş iş rejimində leysan yağışlarının və sel sularının fəsadlarının aradan qaldırılması istiqamətində iş aparır. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam