Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

"Heç bir borc silinməyəcək"

 

İstifadə olunan elektrik enerjisinin haqlarını ödəməyənlərə heç bir güzəşt olunmayacaq.

 

Xeberinfo.com:   Məlumata görə, bunu jurnalistlərə açıqlamasında “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

 

Onun sözlərinə görə, təmsil etdiyi qurumun elektirk enerjisi borcu ilə bağlı xəbərdarlığından sonra ödəmələrdə artım müşahidə olunur: "Buna baxmayaraq, hələ də borclarını ödəməyənlər var. Bizim güzəşt etmək səlahiyyətimiz yoxdur. Həm də niyə güzəşt olunsun ki?! Borc-borcdur, kim elektrik enerjisi işlədirsə, pulunu da ödəməlidir. Heç bir borc silinməyəcək. Bakı üzrə elektrik enerjisi haqları üzrə ödəmələr 97-98 faizə çatır. Amma nəzərə almaq lazımdır ki, “Azərişıq” ASC tək Bakıda fəaliyyət göstərmir. Biz çalışırıq ki, enerji haqları vaxtlı-vaxtında ödənilsin”.

 

T.Mustafayev borcların yaranma səbəbinə də toxunub: “Borclar əsasən iyul və avqust aylarında yaranmış pullardır. Yay aylarında yığılan borcların ödənməsi sonra gecikdirilir. Bu isə borcların yaranmasına gətirib çıxarır”.

 

Qeyd edək ki, bir neçə gün əvvəl “Azərişıq” ASC debütor borcu yaranmış abonentlərin elektrik enerjisi təchizatının noyabrın 23-də saat 12:00-dan etibarən müvafiq qanunvericiliyə uyğun qeyd-şərtsiz və fərdi qaydada dayandırılacağı barədə xəbərdarlıq edib.

 

Səhmdar Cəmiyyətin xəbərdarlığında qeyd olunub ki, “Borc ödənilmədən şəbəkəyə özbaşına qoşulma”sı elektrik enerjisinin talanması və qanunsuz istifadə sayıldığından, belə hallara yol verildikdə Azərbaycan Respublikası Qanunvericiliyinə uyğun ciddi tədbirlər görüləcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam