Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Azərbaycanlı qadın Ərdoğandan kömək istədi:“Yoldaşımı bizimkilər öldürdü”

 

“Həyat yoldaşımı öldürənlər mənim öz məmləkətimin insanlarıdır. Qətli azərbaycanlılar törətmişlər. Səsimə səs verilməsini istəyirəm. Ölən bir Türk vətəndaşıdır”.

Yenixeber.org:Bu sözləri Türkiyə vətəndaşı Hayrettin Gökün Azərbaycan əslli həyat yoldaşı Aytəkin xanım Türk mətbuatına açıqlamasında deyib.

Xanım Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanı ərinin qatillərinin tapılması və cəzalandırılması üçün köməyə çağırıb.

Qeyd edək ki, tekstil malları ticarətilə məşğul olan mərhum Hayrettin bəy 14 il əvvəl Azərbaycana gəlmiş, burada iş və ailə qurmuşdu. Aytəkin Göklə evliliklərindən məhrumun Yusif adlı 6 yaşlı övladı var.

 

 Acınacaqlıdır ki, Yusifin orta məktəbə başladığı gün Hayrettin Gök bir sui-qəsdə qurban gedib. Yoldaşının bildirdiyinə görə, mərhum çox istədiyi halda, hətta oğlunun məktəbli formasında şəkilini belə, görə bilməyib: “İş yapmak için Ukrayna’nın Karkov şehrine gitti. 5-10 gün boyunca orada kalacaktı. Ayın 14’ü akşam bana ; ‘Arkadaşlar gelecek yanıma az sonra görüşürüz’ dedi. Saat  23:00 gibi aradım ulaşamadım. Sabaha karşı yine aradım, en son sabah 05:19’da Whatsapp görüşmesi oldu. Ayın 15’inde oğlumuz ilkokula başladı. Onu götürdüm okula, onun resmini görmek istedi bende çektim attım resmini görmedi. Bende çok merak ettim. Hemen bir daha aradım ulaşamadım. Bunun üzerine arkadaşlarına haber gönderdim. Her yerde aradılar, bize bir haber geldi. Bir Türk vatandaşı kimliği belirsiz bir şekilde ölmüş diye”.

   

Azərbaycanda iş adamı olmaq xəyalından məzara uzanan 14 ilin sərgüşətlərinə gəlincə...

Ölkəmizin neft gəlirləriylə çağlayan dövrlərində Hayrettin bəyin də işi pis getmirmiş. Daha sonra tekstil sahəsində monopoliyaların yaranması türk iş adamının işlərini çətin vəziyyətə salır. Bu da azmış kimi, bir müddətdən sonra başlayan qlobal neft böhranı Azərbaycan insanının alıcılıq qabiliyyətini zəiflədir və bu ölkədə ticarəti mənasız hala gətirir. Bir çox iş adamları kimi Hayrettin bəy də yeni iş məkanı aramağa başlayır və azərbaycanlı yoldaşlarının tövsiyyələrilə Ukraynanın Xarkov şəhərinə yollanır.

Xarkovda “partnyor axtaran iş adamları” cildinə girmiş gələcək qatilləri onu qarşılayırlar. Üzərindəki 7 min 500 dollarını müxtəlif bəhanələrlə alan “partnyorlar” yenə pul istəyincə, Hayrettin Türkiyədəki qohumlarından 1000 dollar pul istəyir. Həmin pul da “yeni dostlar” tərəfindən aldadılaraq əlindən alınır.

 

Görünür, Hayrettin bəyin iqtisadi cəhətdən tükəndiyini və ya dost fırıldağını anladığını düşünən “ortaqlar” artıq “ov”larını öldürməyə qərar verirlər. Və yeməyinə qatdıqları yüksək dozalı yuxu dərmanıyla Hayrettini sıradan çıxarırlar. Üzrindəki bütün ziynət əşyalarını, telefonunu götürüb aradan çıxırlar.

Yəqin ki, buraxdıqları izləri təmizləmək və şübhələri öz üzərlərindən atmaq üçün qatillər bir də gecə yarısı Hayrettinin yaşadığı evə qayıdırlar. Öldüyünə əmin olduqdan sonra onu xəstəxanaya aparır, “canıyananlıq” göstərlər. Xəstəxana tədqiqatı zamanı  isə Hayrettininn qanında zəhərli maddə tapılır.

 

Qətldə şübhəli bilinən şəxslərdən biri

Meyiti xəstəxanaya aparan iki şəxs şübhəli qismində həbs olunur. Digər şübhəli və qətlin təşkilatçısı isə hələ də azadlıqdadır. Qatillərdən birinin rus, digər ikisinin isə azərbaycanlı olduğu bildirilir.

Hayrettin Gökün həyat yoldaşının ifadələri əsasında hazırlanmış video-xəbəri diqqətinizə çatdırırıq:(ovqat)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam