Redaktor seçimi
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Günün xəbəri

Hüquqşünasdan Türkiyə vətəndaşları ilə ailə qurmuş azərbaycanlı xanımlara məsləhət

Hüquqşünasdan Türkiyə vətəndaşları ilə ailə qurmuş azərbaycanlı xanımlara məsləhət

Son zamanlar Türkiyə vətəndaşları ilə ailə qurub qardaş ölkədə yaşayan azərbaycanlı xanımların boşandıqdan sonra övladlarını öz himayələrinə götürməklə bağlı problemlər yaşaması məsələsi gündəmə gəlib

Məsələ ilə bağlı Ələsgər Məmmədli açıqlama verib.

Yenixeber.org: “Azərbaycanlı xanım Türkiyə vətəndaşı ilə ailə hüququ çərçivəsində evlənib, daha sonra qanunvericiliyə uyğun olaraq məhkəmə vasitəsilə boşanırsa, proses zamanı  tələblərini irəli sürməlidir.  Həmin tələblər çərçivəsində də uşağın ananın himayəsinə verilməsi məsələsinə baxılır. Nəticə etibarilə, əksər hallarda uşaq anada qalır. 

Qeyd edim ki, boşanma zamanı uşağın ananın himayəsinə verilməsində onun Azərbaycan vətəndaşı olmasının heç bir rolu yoxdur.  Sözsüz ki, övladın kimin himayəsinə həvalə ediləcəyi məhkəmənin verəcəyi hökmlə bağlıdır. Boşandıqdan sonra məhkəmənin qərarı ilə uşaq ananın himayəsi altında qalırsa, xanım istənilən zaman uşağı sərhəddən keçirə bilər.

Digər bir vacib məsələ qadının evlənərkən, həqiqətən, nikaha girib-girməməsi ilə bağlıdır. Əgər xanım rəsmi nikaha daxil olubsa, onun hüquqları digər türk vətəndaşlarının hüquqları kimi qorunacaq. Rəsmi nikah olmadığı təqdirdə, onun hüquqları tanınmadığı üçün, təbii ki, uşağı himayəsinə götürməklə bağlı ciddi problemlərlə üzləşəcək. Yəni himayə məsələsi konkret hadisələrə görə dəyişir.

Qeyd edim ki, Azərbaycanın Türkiyədə konsulluq xidməti var . Konsulluğun funksiyalarından biri də Azərbaycan vətəndaşlarının orada hüquqlarının pozulması ilə bağlı yaranan bütün məsələrə baxmaq, onların hüquqlarının yerli qurumlar tərəfindən tanınmasına yardım etməkdir. 

 

Bu baxımdan, Türkiyədə ailə qurmuş xanımlarımıza boşanma zamanı problemlər yaşayarkən, ilk növbədə konsulluğa müraciət etmələri məsləhət görülür”, - deyə hüquqşünas bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam