Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

Azərbaycanlı xanım Tallinin vitse-meri olacaq– FOTO

Azərbaycanlı xanım Tallinin vitse-meri olacaq

 

Həmvətənimiz Züleyxa İzmayılova Tallinin vitse-meri olacaq. “Estoniya Yaşılları” partiyasının sədri Züleyxa İzmayılova haqqında ictimaiyyət bir o qədər də məlumatlı deyil

 

Yenixeber.org: Züleyxa İzmayılova 1985-ci ildə Tallində dünyaya göz açıb. Anası eston, atası azərbaycanlıdır. O, atasının vəfatınadək Azərbaycanda yaşayıb, sonra Estoniyaya qayıdıb. Z.İzmayılovanın iki övladı var. Həyat yoldaşı Yoonas Laks yol tikintisi ilə məşğul olan TREV-2 firmasında iri layihələrin satış rəhbəridir.

Bundan əvvəl Z.İzmayılova özünü mediada jurnalist, müstəqil fotoqraf və fəal kimi təqdim edib. O, ətraf mühitin qorunması məsələləri ilə məşğul olan “Estoniya Yaşıllar Hərəkatı” təşkilatında könüllü kimi fəaliyyət göstərib. 2005-ci ildən siyasətlə məşğul olmağa başlayan Z.İzmayılova Sosial-Demokrat Partiyasına qəbul edilib. 2012-ci ilədək həmin partiyanın üzvü olub, iki il bitərəf qalıb, sonra “Estoniya Yaşılları”na qəbul olunub. 2017-ci ilin martından bu partiyanın sədridir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam