Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

NATO-nun baş katibi bir daha Ərdoğandan üzr istədi– VİDEO

NATO-nun baş katibi bir daha Ərdoğandan üzr istədi

 

NATO-nun baş katibi Yens Stoltenberq Alyansın Norveçdə keçirilən təlimlərində Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün və Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğanın fotolarının düşmən hədəfi kimi göstərilməsinə görə bir daha R.T.Ərdoğandan üzr istəyib və insidentlə əlaqədar görülən tədbirlər barədə ona məlumat verib

 

Yenixeber.org: Telefon danışığı zamanı Y. Stoltenberq həmin insidentin Türkiyə-NATO münasibətlərinə xələl gətirməyəcəyinə ümidvar olduğu bildirib. NATO rəhbəri gələcəkdə  bu cür halların təkrarlanmayacağı üçün tədbirlərin görüləcəyinə dair Ərdoğanı əmin edib.

Türkiyə prezidenti bundan əvvəl qeyd olunan insidentə görə NATO rəhbərliyinin üzrxahlığını qəbul etməkdən imtina edib.

“Dünən NATO təlimlərində yol verilən hörmətsizliyin şahidi oldunuz. Elə səhvlər var ki, səfeh yox, alçaq adamlar edir. Bu cür mövzu adi üzrxahlıqla bağlana bilməz”, - deyə R.T.Ərdoğan bildirib.

Qeyd edək ki, NATO-nun Norveçdə keçirilən təlimi zamanı hədəf lövhəsi olaraq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Türkiyə Cümhuriyyətinin qurucusu Atatürkün fotoları seçilib. Türkiyə prezidenti R. T. Ərdoğan hadisə ilə əlaqədar təlimdə iştirak edən 40 türkiyəli hərbçinin geri çağırıldığını açıqlayıb. NATO-nun rəsmi açıqlamasında R. T. Ərdoğanın fotosunu hədəf kimi qoyan zabitin artıq işdən azad edildiyi bildirilib. Atatürkün fotosunun isə texniki işçi tərəfindən seçildiyi, onun da işdən kənarlaşdırıldığı açıqlanıb. NATO baş katibi Yens Stoltenberq Norveçdə keçirilən təlim zamanı hədəf lövhəsi olaraq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Türkiyə Cümhuriyyətinin qurucusu Atatürkün fotolarının seçilməsi ilə bağlı Türkiyədən üzr istəyib. NATO-nun Müttəfiq Qüvvələr Komandanlığı isə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahına üzrxahlıq məktubu yollayıb.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam