Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Elə məmur övladı var ki, valideynin başını aşağı edir”

 

“Heç şübhəsiz ki, parlament seçkilərində bizim gənc namizədlərimiz də olacaq. Amma bu, gənclik xatirinə gənclik deyil. Bəzən görürsən ki, mətbuat orqanlarında yazırlar yaşlılar getməli, onun yerinə gənclər gəlməlidir və s. Bunların hər biri yalandır, təxribatdır və ara qızışdırmağa hesablanıb”. 

 

"Xeberinfo.com":  Məlumata görə, bunu SİA-ya müsahibəsində Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib. O bildirib ki, əgər hər hansı gənc istedadlıdırsa, fəaldırsa, cəmiyyət tərəfindən qəbul olunursa, həm qanunvericilikdə, həm də beynəlxalq aləmdə Azərbaycanı layiqincə təmsil edə biləcəksə, təbii ki, belə gənclərin namizədliyini irəli sürmək lazımdır: “Bununla belə, o qədər yaşlı insanlarımız var ki, onlar işgüzarlığı, fəallığı ilə bu gün həm dövlətçilikdə, həm idarəçilikdə, həm də qanunvericilikdə fəaliyyət göstərirlər. Ümumilikdə seçki prinsipində yuxarı yaş həddi deyil, əksinə aşağı yaş həddi qoyulur. Məsələn, bələdiyyədə 21, parlamentdə 25, prezident seçkilərində isə 35 yaşddır. Bu seçim xalqın seçimidir. Seçici kimi istəyəcəksə, necə namizəd görmək istəyəcəksə onu da seçəcək”.

S. Novruzov YAP-ın namizədləri siyahısında məmur övladlarının da olacağı haqda xəbərlərə də münasibət bildirib: “Birincisi, bu məlumatların yayılmasının özü belə təxribata hesablanıb. Seçmək və seçilmək hüququ konstitusion hüquqdur. Burada söhbət sosializm düşüncəsində olanların yanaşmasından gedir. Kimliyindən asılı olmayaraq, istənilən Azərbaycan vətəndaşı seçkilərdə bu və ya digər şəkildə iştirak edə bilər, əsas odur ki, o buna layiq olsun. Bununla belə söhbət həmin şəxsin istedadından və bacarığından gedir. Əgər onun bacarığı, təhsili, dünyagörüşü, savadı, siyasi fəaliyyəti varsa, kimin övladından asılı olmayaraq həmin şəxs seçmək və seçilmək hüququna malikdir. Təbii ki, elə məmur övladları var ki, valideyinlərinin başını aşağı edir. Amma elə də məmur övladları var ki, ən yüksək ali məktəblərdə təhsil alıb, bu gün Azərbaycanın maraqlarını xarici ölkələrdə layiqincə təmsil edir. Təbii ki, bu cür istedadlı insanlar YAP-ın namizədləri siyahısında təmsil oluna bilərlər”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam