Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Sosial yardım alanların sayı artıb, səbəb?

Sosial yardım alanların sayı artıb, səbəb?

Əhməd Qəşəmoğlu: “Millətin üstünə tənbəl adı qoymaq düzgün deyil, çünki...”

 

Xeberinfo.com:  Fevralın 15-dən bu yana ünvanlı sosial yardım almaq üçün 93 541 ərizə-müraciət qəbul edilib və onlardan 7 790-na ünvanlı sosial yardım həyata keçirilib. Bu rəqəmləri əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov jurnalistlərə açıqlamasında səsləndirib.
 
Nazir həmçinin, hazırda məşğulluq mərkəzlərinə işsizliklə bağlı edilən müraciətlərin də artdığını söyləyib: “İşsizliyə görə müraciətlər 2 dəfədən çox artıb. Bilirsiniz ki, hər il 3 minə qədər müraciət daxil olurdu, amma bu il müraciətlərin sayı 7 minə yaxınlaşıb. Biz onlara müvafiq vakansiyalar təklif edirik. Amma müvafiq iş olmadıqda yardım ayırırıq”.
 
Statistikadan göründüyü kimi, ötən dövrlə müqayisədə son 4 ayda ünvanlı sosial yardım almaq üçün müraciət edənlərin sayının artmasının şahidi olarıq. Bəs, əhalinin kütləvi şəkildə yardım üçün müraciət etməsinin səbəbi nədir?
Sosioloq Əhməd Qəşəmoğlu “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, millətin üstünə tənbəl adı qoymaq düzgün deyil, sadəcə, məşğulluq sistemi düzgün qurulmayıb: “İnsanların bu vəziyyətinə düşməsinin səbəbi çox fərqlidir. Bir tərəfdən ölkəmizdə iş yerləri ilə bağlı böyük potensial var, iş yerləri çoxdur. Digər tərəfdən də böyük bir ucuz işçi qüvvəsi var. Mən uzun illər bu sahəni tədqiq etmiş bir ekspert kimi deyə bilərəm  ki, sadəcə olaraq Azərbaycanda bu mexanizmi yarada bilmirlər. Elə bir mexanizm yaratmaq lazımdır ki, ölkədəki potensial hərəkətə gətirilsin və burada da əhali işə cəlb olunsun”.
Əhməd Qəşəmoğlu ölkənin aqrar sektorunda daha böyük potensial olduğunu vurğuladı: “Məsələn, kənd yerlərində gözəl bir mexanizm qurmaq olar ki, torpaqlarımız əkilib-becərilsin. Ancaq onu qurmurlar, qura bilmirlər, əhalinin çox hissəsi də qaçıb Bakıya yığışıb. Bu insanlar Bakıya gəlsələr də yeni iş yeri üçün vərdişləri yoxdur. Onları burada işlə təmin etməyə bir mexanizm də mövcud deyil. Sovet dövründə insanlar qrup halında Bakıya gəlirdi və onlar zavodlarda, tikinti sektorunda işlə təmin olunurdular. Problem ondan ibarətdir ki, bu işin mexanizmi yaradıcı şəkildə və  elmi əsaslarla  hazırlanmalıdır”.
 
İqtisadçı-ekspert Rəşad Həsənov da ünvanlı sosial yardım üçün müraciət edənlərinin sayının artmasının səbəblərinə toxundu: “Bu məsələnin izahı çox sadədir. Bildiyiniz kimi, 2014-cü ilin sonlarından etibarən Azərbaycan iqtisadiyyatında durğunluq müşahidə olunur. Bunun səbəbi bahalaşma, iş yerlərinin bağlanması, müəyyən ştatların ixtisar olunması, maaşların azaldılması və sairədir. Nəticədə işsizlərin sayı kifayət qədər artıb. Ailələrin gəlirləri əvvəlki dövrlə müqayisədə azalıb. Bütün bunlar sosial problemləri daha da dərinləşdirir. Bu səbəbdən insanlar əlavə gəlir yerlərinin olmadığını görüb sosial yardım üçün müraciət edirlər. Sosial  vəziyyət çətinləşirsə, insanların ilk üz tutduğu ünvan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi olur. Nəticədə statistika da artım müşahidə olunur”.
 
Ekspertin sözlərinə görə, ikinci önəmli məqam odur ki, ünvanlı sosial yardım verilməsi qaydalarında da dəyişikliklər edilib: “Əvvəlki dövrlərdə, banklara kredit borcu olan vətəndaşlara ünvanlı sosial yardımın verilməsində problemlər var idi. Hazırda bu problem aradan qaldırılıb. Bu da prosesdə iştirak edənlərin sayının artmasına səbəb olur. Eyni zamanda son illərdə nazirliyin fəaliyyətində şəffaflaşma müşahidə olunur. Müraciətlər elektron qaydada qəbul olunur, sosial yardım alanların siyahısı dərc olunur. Bu isə prosesə inamı artırıb. Bu baxımdan insanlar son ümid yeri kimi nazirliyə üz tuturlar”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam