Redaktor seçimi
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Günün xəbəri

Nazirdən şok xəbər

 

 

 

    Tətbiq olunacaq yeni sistemdən sonra ünvanlı sosial yardım almaq üçün müraciət edən vətəndaşdan heç bir sənəd tələb olunmayacaq

 

  "xeberinfo.com": Hazırkı qaydalara əsasən isə sosial yardım almaq istəyən şəxs öz ailə tərkibi, aylıq gəliri, əmlakı və digər məlumatları əks etdirən sənədləri müvafiq dövlət qurumuna təqdim etməlidir. 
    Avtomatlaşdırılımış sistem tətbiq olunduqdan sonra isə vətəndaşlar telefonla zəng etməklə və ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron saytına daxil olub öz şəxsiyyət vəsiqəsinin nömrəsini daxil etməklə ünvanlı sosial yardım üçün müraciət edəcəklər. Yaradılan mərkəzləşdirilmiş sistem vasitəsilə nazirlik rəsmiləri digər dövlət qurumlarının məlumat bazasına daxil olur və müraciət edən şəxs haqqında lazımı məlumatları əldə edir. 
   Əmək və Əhalinin Sosial Müdafiəsi naziri, Səlim Müslümov: “Bizim İnformasiya Texnologiyaları şöbəmiz Ədliyyə Nazirliyi və Əmlak komitəsi ilə bu işləri aparır. Eyni zamanda dövlət yol polisi ilə də danışıqlar gedir. Elə düşünürəm ki, il ərzində biz buna nail olacağıq və yerli məmurların bu prosesdə heç bir rolu olmayacaq”. 
   Mərkəzləşdirilmiş sistemin tətbiq olunmasında əsas məqsəd ölkədə Ünvanlı Sosial Yardımın təyin olunması məsələsində şəffaflığı təmin etməkdir. Ünvanlı Sosial Yardımın verilməsinə 2006-cı ildən start verilib. Əsas məqsəd az təminatlı ailələrin maddi şəraitin yaxşılaşdırımasıdır.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam