Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

İmişlidə ünvanlı sosial yardım biabırçılığı

 

Nofəl Atakişiyevin inspektor Taryel Rüstəmovun əliylə 800-1000 manat almadan kimsənin sənədinə imza atmadığı deyilir 

Xeberinfo.com:  İmişli rayonunda ən çox şikayət edilən dövlət qurumu Sosial Müdafiə Mərkəzidir. JAM.AZ-a müraciət edən rayon sakinlərinin bildirdiyinə görə, əvvəllər rahatlıqla bu qurumun imkanlarından yararlana bilirdilərsə, indi bu məsələ mümkünsüz bir şeyə çevrilib. Səbəb isə kasıbın pulunun olmaması göstərilir.

Onların bildirdiyinə görə, Səlim Müslümov Əmək və Əhalinin Sosial Müdafiəsi naziri təyin olunandan sonra İmişli Sosial Müdafiə Mərkəzinin rəhbərini dəyişdirərək, onun yerinə Nofəl Atakişiyevi direktor təyin edib. Lakin Atakişiyev işin başına keçəndən sonra bu qurumda özbaşınalıq pik həddə çatıb. Hətta vəziyyət o qədər acınacaqlıdır ki, İmişli rayon İcra Hakimiyyətində keçirilən qəbullarda ən çox SMM-in fəaliyyətindən şikayət edirlər. 

JAM.AZ-a verilən məlumatda vurğulanır ki, Nofət Atakişiyev işini etibarlı tutmaq üçün pul məsələlərini inspektor Taryel Rüstəmova həvalə edib. Onların sözlərinə görə, Rüstəmovun icazəsi olmadan bir nəfər ünvanlı sosial yardım ala bilməz. Lakin bu icazəni almağın özü də ayrıca bir müsibətdir. Ona görə ki, iki il müddətinə ünvanlı sosial yardım almaq üçün bu şəxslərə 800-1000 manat civarında pul verməlisən ki, sənədlər keçirilsin. 

Camaat bildirir ki, dəfələrlə nazir Səlim Müslümova müraciət etsələr də, heç bir xeyri olmayıb. 

Yazıda adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam