Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Ciddi korrupsiya faktlarına görə daha bir məmur vəzifəsini itirdi

 

 

        Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi faktı təsdiqlədi və əhaliyə müraciət etdi

 

   
      "xeberinfo.com": Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Lerik rayon əhalinin sosial müdafiə mərkəzinin direktoru Vəligüllah Alışov tutduğu vəzifədən azad olunub. Əldə etdiyimiz məlumata görə, nazir Səlim Müslümovun tapşırığı əsasında son günlər bu qurumda Bakıdan göndərilmiş komissiya tərəfindən ciddi yoxlamalar aparılmaqdadır və hazırda proses davam etdirilir. Hətta indiyə qədərki yoxlamalar zamanı əhaliyə çatmalı olan 200 min manatadək vəsaitin mənimsənildiyi faktı da aşkarlanıb. İddialara görə, qurum rəhbərinin işində nöqsanlar o qədər ciddi olub ki, hətta rayon icra başçısının müavinlərindən birinin adamı olması belə ona kömək edə bilməyib. Hətta V.Alışovun həbs olunmaq təhlükəsi ilə üz-üzə qaldığı da deyilir. 
         Məsələ ilə əlaqədar  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Babayev fakta aşağıdakı rəsmi açıqlamanı  verib və məlumatı təsdiqləyib:   
“Bildiyiniz kimi artıq bir neçə aydır ünvanlı sosial yardım alan ailələrin siyahısı Nazirliyin www.mlspp.gov.az adlı rəsmi internet saytının ön səhifəsində yerləşdirilib və KİV vasitəsilə əhaliyə həmin siyahılarla tanış olmaları, yaşadıqları ərazidə qeyri-qanunu ünvanlı yardım təyin olunmuş ailələrlə bağlı nazirliyə məlumat vermələri, bununla da ünvanlı yardım təyinatında şəffaflığın təmin olunması işlərinə öz fəal köməkliklərini göstərmələri barədə müraciətlər edilib. Bu qəbildən olan müraciətlərin müsbət nəticəsi kimi, ayrı-ayrı yerlərdən vətəndaşlar tərəfindən nazirliyə edilən müraciətlərin araşdırılmasının nəticəsi olaraq, qanunsuz sosial yardım alan xeyli sayda ailələr müəyyən edilib. Aşkar edilmiş qanunsuz təyinatlar dərhal dayandırılıb, onlara ödənilmiş vəsaitlərin dövlət büdcəsinə bərpa etdirilməsi təmin olunub, eyni zamanda, qanunsuz yardım təyinatını həyata keçirmiş əməkdaşlar barədə intizam tədbirləri görülüb. Bir sıra KİV-lərdə də Lerik rayonunda qanunsuz sosial yardım alan xeyli sayda ailələrin olduğu barədə məlumatlar yer alıb və bəzi saytlarda həmin şəxslərin  adları olan siyahılar dərc olunub. Həmin siyahılar məhz bizim ictimaiyyətə müraciətlərimizdən sonra Lerik rayonunun ayrı-ayrı vətəndaşları tərəfindən göndərilib. Hazırda həmin siyahılarla bağlı araşdırmalar başlayıb və nəticələri barədə ictimaiyyətə əlavə məlumatlar veriləcək. Lerik rayon Əhalinin sosial müdafiə mərkəzinin direktoru Alışov Vəligüllah isə nazirin müvafiq əmri ilə vəzifəsindən azad olunub”.
    Yazılı cavabda əhaliyə müraciət də əksini tapıb: “Biz bir daha əhalini daha da fəal olmağa, indiyə qədər aztəminatlı ailələrə ayrılmış ünvanlı  yardımların, bu yardımlara ehtiyacı olmayan ailələrə yönəldilməsi halları barədə nazirliyə məlumat verməyə cağırırıq. Hesab edirik ki, yaşadıqları ərazi üzrə ünvanlı yardım alanların siyahıları ilə tanış olaraq, həmin siyahılarda adları olan, lakin əslində aztəminatlı olmayan, maddi təminatları baxımından ünvanlı yardım almağa hüququ çatmayan ailələr barədə vətəndaşlar tərəfindən nazirliyə verilən hər bir obyektiv məlumat bu sahədə şəffaflığın təmin olunmasına öz dəyərli töhfəsini verə bilər”.

 

 

 

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam