Rusiyada limitsiz internet və zənglər tarix oldu -Hökumət sanksiyalardan çıxış yolu axtarır
Rusiyaya hökuməti Ukraynaya qarşı təcavüzkar hücuma görə üzləşdiyi sanksiyaların neqativ təsirlərini aradan qaldırmaq üçün cəhdlər edir. Dövlət qurumlarında əsasən texnoloji itkilərin yerini doldurmaq üçün "idxalı əvəzetmə 2022" müzakirələri başlayıb.
Yenixeber.org: Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirir ki, məqsəd "hansı proqram təminatı və informasiya texnolgiyası (İT) avadanlıqlarını yerli məhsullarla əvəz etmək olar" sualına cavab tapmaqdır. Onun sözlərinə görə, hökumət xüsusən strateji qurumların ən yaxın zamanda xarici məhsuldan asılılığını aradan qaldırmaq istəyir.
Ekspert Kremlin post-sanksiya hədəflərini belə təsnifləşdirib:
- Xarici proqram təminatlarının bu gündən alışı və 2025-ci ildən də tətbiqi tam qadağan edilib. Hələlik oğurluq proqramlardan istifadə edilə bilər. Həmçinin saytlarda Amerikan şriftərindən və xarici identifikasiya sistemlərindən, reCAPTCHA sistemindən istifadə qadağan edilib;
- Rusiya hökuməti avadanlıqların çatışmamasına görə mobil operatorlar üçün ucqar ərazilərdə 4G və LTE üzrə mobil infrastruktur qurmaq öhdəliyini ləğv edib;
- Bu ölkədə artıq limitsiz mobil internet və limitsiz zənglər dövrü bitib. Artıq xidmətlər Rəqəmsal İnkişaf Nazirliyinin tövsiyəsi ilə ləğv ediləcək. Çünki mobil operatorların resursları çatışmır;
- Telekommunikasiya operatorlarına qiymət artımına icazə veriləcək. Bu da nəticə etibarı ilə xidmətin qiymətini bahalaşdıracaq;
- "Abonentlərin danışığınının və məlumatların yazılması və müəyyən müddət üçün saxlanılması haqqında" qanunun tələbləri yaxın bir il üçün dayandırılır;
- İT kadrların ölkədən çıxışına qadağa qoyulması ilə bağlı qanunvericilik təşəbbüsləri edilir;
- "PlayStore"ni əvəz etmək üçün "NashStore" hazırlanır. Android sistemində olacaq tətbiqə "Google"nin icazə verəcəyi haqqında məlumat verilməyib;
- Linux əsasında Rusiyanın özəl əməliyyat sistemi, MS Office-ni əvəz edən MoyOfis, Adobe-nin resursları əvəzinə FotoMaster və «İS Qrafika», həmçinin Movavi videoredaktoru hazırlanır;
- Şirkətlərin idarə edilməsi üzrə SAP əvəzinə 1С:ERP hazırlanır;
- 1 aprel tarixdən "Apple Pay və Google Pay" əvəzinə banklarda milli ödəniş sistemi olaraq СБПэй (SBPey) servisi tətbiq ediləcək"."Azpolitika"