Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Daşınmaz əmlak bazarında qiymət dalğalanması: Növbəti bir ayda...

Rusiyanın Ukraynaya müharibə elan etməsi nəticəsində Azərbaycana kütləvi köç baş verir. Ukraynada yaşayan azərbaycanlılar ölkəyə dönürlər.

Yenixeber.org: Artıq Rusiyada yaşayan soydaşlarımız da Vətənə qayıtmağa başlayıblar. Qərbin Risiyaya sanksiya tətbiq etməsi bu ölkədə bütün sahələri iflic duruma salıb. Məlumatlara görə Ukraynadan gələn azərbaycanlıların bir qismi, Rusiyadakı imkanlı soydaşlarımız Bakıdan daşınmaz əmlak almağa çalışırlar. Hazırda Azərbaycan, paytaxt Bakı ən təhlükəsiz ölkə və şəhərdir. Ona görə onlar həm bizneslərini bura köçürürlər, həm də ailələrini. Ev, torpaq, obyekt almağa başlayıblar. Daşınmaz əmlak bazarını araşdıran ekspertlər bildirirlər ki, yaxın 1 aya Bakı və ətraf qəsəbələrdə evlərin, torpağın qiyməti sürətlə artacaq.

Bu, həm yuxarıda qeyd etdiyimiz faktorla, həm də iqtisadi amillərlə bağlıdır. Belə ki, Azərbaycanda son aylar tikinti materialları bazarında qiymət artımı müşahidə edilir və satıcıların sözlərinə görə bu, hələ də davam edir.
Bu ilin fevral ayında yayılan statistikaya görə, cari ilin (2022-ci il) yanvar ayında Bakıda fərdi yaşayış və bağ evlərinin qiymətində 1,10 faiz artım qeydə alınıb. İl ərzində isə artım 12,12 faiz təşkil edib.
Bahalı evlərin 1 kv.m-nin qiyməti 1701 manat, orta qiymətə evlərin 978 manat, ucuz evlərin qiyməti isə 545 manat təşkil edib.
Bahalı evlərin qiyməti yanvar ayında 2,04 faiz, orta qiymətə evlərin 1,03 faiz, ucuz evlərin qiyməti isə 2,64 faiz bahalaşıb.

İnşaat materialları bazarında “yanğın” – Bu dəfə qiymətlər “yanır” | Hokm.Az

Tikinti eksperti Ramin Osmanlı bildirib ki, Zonalaşma prinsipi ilə baxsaq, ən yüksək qiymətlər Bakının mərkəzindədir. Bu ərazilərdə yerləşən mənzillərin qiyməti əlçatmaz bir həddədir. Kənar zonalara getdikcə qiymətlər tədricən ucuzlaşır.
“Məsələn, “Yeni Yasamal”, “Həzi Aslanov”, “Əhmədli” metrolarına yaxın olan mənzillərin qiyməti əvvəllər ucuz idi. Artıq bu ərazilərdəki mənzillərin də qiyməti bahalaşıb”,-deyə ekspert vurğulayıb.

Bununla belə, bahalaşma həm də dünyada yükdaşımaların qiymətinin artması və vaqon çatışmazlığı ilə bağlıdır. Materialın gətirildiyi ölkədən və növündən asılı olaraq avtomobil nəqliyyatı ilə logistika xərcləri 10-25%, dəmir yolu ilə 20-90% artıb. Şüşə üçün son qiymətdə daşınma dəyəri 10-20%, istilik izolyasiyası üçün - 20-30%, sement üçün 30-40%, qeyri-metal materialları üçün isə 50-90% təşkil edir.

Onu da yada salaq ki, hələ 2014-cü ildə Ukraynada oxşar hadisələr baş verən zaman da Azərbaycanda mənzil bazarında qiymət dəyişmişdi. O zaman (2014-cü ildə) iqtisadçı- ekspert Nüsrət İbrahimov mətbuata açıqlamasında bildirmişdi ki, Ukraynadan bizə gələnlərdən çox, artıq vəsaitlərini çıxarıb bizim bazara yatıranlar var: "İş adamları Ukraynadakı vəsaitlərinin bir hissəsini çıxarıb Bakının daşınmaz əmlak bazarına yatırım edirlər”,-deyə ekspert söyləmişdi.
Ekspertlər və mənzil alqı-satqısı ilə məşğul olanlar bildirirlər ki, indiki halda həm kirayə, həm də mənzil bazarında qiymətlər yüksəkdir.

Bu barədə Musavat.com-a açıqlama verən alqı-satqı ilə məşğul olan Famil Həsənov bildirib ki, xüsusilə də son iki ayda mənzillərin qiyməti xeyli bahalaşıb:
“İndi metro stansiyalarının ətrafında olan mənzillərlə bərabər, metrodan kənarda yerləşən mənzillərdə də qiymət artımı var. Camaatın çoxu mərkəzdən kənarda evlər almağa üstünlük verirlər. Çünki mərkəzi hissədə qiymətlər daha da yüksəkdir. Bu isə həmin ərazilərdə tələbatı artırır və mənzillər də bahalaşır. Bakı kəndlərində də normal yerlərdə artıq torpaq tapmaq mümkün deyil. Bakı kəndlərində sənədli torpaqların qiyməti son 2 ildə 2 dəfədən çox bahalaşıb və bahalaşma davam edir. Ona görə də kimsə ev almaq, ev tikmək istəyirsə, itirdiyi hər gün onun daha çox xərcə düşməsinə səbəb olacaq”.(musavat)

Əli Rais


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam