Redaktor seçimi
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Günün xəbəri

Media eksperti iki qanunu müqayisə etdi:oxşarlıq yoxdur, təzad var

 

            Xalid Ağalı

– Ə.Elçibəyin 21 iyul 1992-ci il tarixdə imzaladığı “KİV haqqında” qanun:

“…Söz və mətbuat azadlığı öz fikir və əqidələrini hər şəkildə, o cümlədən kütləvi informasiya vasitələrində ifadə etmək, məlumat axtarmaq, almaq, hazırlamaq və yaymaq hüququ deməkdir”.

– Yeni “Media haqqında” qanun:
“Media sahəsində fəaliyyətin azadlığı hər kəsin qanuni yolla informasiya axtarmaq, əldə etmək, hazırlamaq, ötürmək, istehsal etmək və yaymaq hüququna dövlət tərəfindən təminat verilməsinə əsaslanır”.

– 21.7.1992-ci il tarixli “KİV haqqında” qanun:
“KİV-in fəaliyyəti YALNIZ təsisçinin qərarı ilə, yaxud da qeydiyyatçı orqanın iddiası üzrə məhkəmə tərəfindən dayandırıla və ya ona xitam verilə bilər”.

– Yeni “Media haqqında” qanun:
Çap, onlayn və audiovisual mediaların fəaliyyətinə xitam verilməsini tam 32 bənd tənzimləyir.

– 21.7.1992-ci il tarixli “KİV haqqında” qanun:
“kütləvi informasiya vasitələri – dövri mətbuat orqanları: daimi adı, cari nömrəsi olan qəzet, jurnal, toplu, bülleten, azı ildə bir dəfə çıxan başqa nəşrlər, habelə birdəfəlik tirajı yüz nüsxədən çox olan digər mətbuat növləri; radio-televideo proqramlar, kinoxronika proqramları və ya daimi adı ilə azı ildə bir dəfə çıxan dövri audio-audkovizual xəbər və materialların məcmusu”.

– Yeni “Media haqqında” qanun:
“media – kütləvi informasiyanın dövri və ya müntəzəm olaraq dərc olunmasını və (və ya) yayımlanmasını həyata keçirmək üçün istifadə olunan alət və vasitələr, habelə onlar vasitəsilə formalaşan informasiya mühiti”.

– 21.7.1992-ci il tarixli “KİV haqqında” qanun:
təbii fəlakət ərazilərində, mitinqlərdə və nümayişlərdə olmaq – jurnalistin hüququ.

– Yeni “Media haqqında” qanunda ifadə edilən:
Müvafiq icra hakimiyyəti qurumunun səlahiyyətləri – …ilkin senzuranın tətbiqi vasitəsilə mətbuatın və digər kütləvi informasiya vasitələrinin azadlığının məhdudlaşdırılması, jurnalistlərin akkreditə olunmasının xüsusi qaydasının müəyyən edilməsi.

– 21.7.1992-ci il tarixli “KİV haqqında” qanun:

Jurnalistin hüquqları

Jurnalistin aşağıda göstərilən hüquqları var:

1) informasiya axtarmaq, toplamaq, seçmək və yaymaq;
2) öz peşə vəzifəsini yerinə yetirməsi ilə əlaqədar vəzifəli şəxs tərəfindən qəbul edilmək;
3) qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, hər hansı söhbəti hər vasitə ilə, o cümlədən audiovizual vasitələrdən və kino-foto çəkilişindən istifadə etməklə qeydə almaq;
4) əqidəsinə zidd olan məlumat və materialları öz imzası ilə hazırlamaqdan və dərc etdirməkdən imtina etmək;
5) redaktə zamanı, onun fikrincə, məzmunu təhrif olunmuş məlumat və materiallardan öz imzasını çıxarmaq;
6) müəlliflik sirrinin saxlanması üçün şərtlər qoymaq;
7) jurnalist vəsiqəsini təqdim etməklə təbii fəlakət ərazilərində, mitinqlərdə və nümayişlərdə olmaq;
8)alınmış məlumat və materialların doğru-dürüstlüyünü yoxlayarkən təşkilatlara, idarələrə və müəssisələrə, mütəxəssislərə müraciət etmək;
9) şəhər, rayondaxili ictimai nəqliyyatdan (taksidən başqa) pulsuz istifadə etmək.

Jurnalistin hüquqları Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında da müəyyən edilə bilər.

Dövlət jurnalistin peşə fəaliyyətini həyata keçirməsinə və onun sosial müdafiəsinə təminat verir, şərəf və ləyaqətinin, səhhət və həyatının, əmlakının qorunmasını təmin edir.

Kütləvi informasiya vasitələrinin redaksiyalarında çalışan jurnalistlərə və digər işçilərə dövlət idarələrinin, ictimai idarə, müəssisə və təşkilatların fəhlə və qulluqçuları barədə olan əmək qanunvericiliyi, sosial sığorta və təminat qaydası tətbiq olunur.

– Yeni “Media haqqında” qanun:
Jurnalistlərin hüquqları ilə bağlı xüsusi müddəa yoxdur.
Əvəzinə “Jurnalist vəsiqəsi verilmiş şəxslərin imtiyazları” adlanan maddə var…


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam