Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

"Müdafiə Xətti" "Media haqqında" qanun layihəsini tənqid edib

Açiq mənbələrdən foto.
""Media haqqında" qanun layihəsi mürtəce xarakterlidir. Əgər həmin qanun layihəsi parlamentdə qəbul olunarsa, onsuz da qeyri-qənaətbəxş olan mətbuat, məlumat, ifadə azadlığının durumu, xüsusilə, rəqəmsal medianın vəziyyəti daha da pisləşəcək, alternativ fikirlər, tənqidi rəylər qanunvericilik səviyyəsində əngəllənəcək". 
Yenixeber.org: Bu barədə "Müdafiə Xətti" hüquq müdafiə təşkilatının bəyanatında deyilir.

"Müdafiə Xətti" Azərbaycan hökumətinə və qanunverici orqana çağırış edir ki, Avropa Konvensiyasının 10-cu (İfadə azadlığı), Azərbaycan Konstitusiyasının 47-ci (fikir və söz azadlığı), 50-ci (məlumat azadlığı) maddələrinin tələblərinə riayət etsin, media siyasəti həyata keçirilərkən azad jurnalistikanın inkişafının təmin edilməsi əsas hədəf seçilsin.

Sənəddə qeyd edilir ki, azad media, söz və fikir, mətbuat və məlumat azadlıqları demokratik quruluşun, hüquqi dövlətin əsas atributlarıdır.

"Müdafiə Xətti" dərin narahatçılıqla göstərir ki, "ictimai müzakirəyə çıxarılmadan, media hüququ üzrə ixtisaslaşan ekspertlərin, təcrübəli media mütəxəssislərinin, Avropa Şurası Venesiya Komissiyasının, ATƏT-in Media Ofisinin və s. rəyləri öyrənilmədən tələm-tələsik parlamentdə müzakirə edilən, ikinci oxunuşda da təsdiqlənən "Media haqqında" qanun layihəsi mürtəce xarakterlidir". 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam