Redaktor seçimi
Aygün Əliyevaya "DUR" deyən olacaqmı?! -
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Günün xəbəri

Ermənilərin yeraltı müharibəsi -ölən və yaralananlar var

Ermənilərin yeraltı müharibəsi: ölən və yaralananlar var

Vətən müharibəsi ermənilərin işğalında olan Qarabağ və ətraf rayonların azad olunması ilə nəticələndi. Torpaqlarımızın hər qarışında vandallıq və erməni vəhşiliyini tərənnüm edən dağıntılar, xarabalıqlar göz önündədir. Azərbaycan ərazilərində düşmən 30 ildir ki, bütün icimai tikililərimizə, mədəni abidələrimizə qarşı hər növ mədəniyyətsizliklər, terror aktları həyata keçiriblər. Düşmənin tapdağı altında olan bu yerlərin üzərindəki tikililəri, abidələrimizi gözlə gördüyümüz bütün gözəllikləri mənfur qonşularımız təkcə dağıtmaq, xarabalıqlara çevirməklə kifayyətlənməyiblər. Ermənilər bizim millətimizə qarşı olan məkrlli siyasətlərini, qısqanclıq və hiddətlərini təkcə dünya ictimaiyyəti qarşısında deyil, işğaldan azad etdiyimiz yerlərin altında da gizlədiblər.

Yenixeber.org: Əvvəlllər biz doğulub boya-başa çatdığımız evimizin, öz ata-baba yurdumuzun hər qarşının - təbiəti, dağları, meşələri, çayları, qayaları, daşlarının dərdindən ölürdük, indi isə bu ərazilərə icazəsiz,heç bir təlimat almadan girməklə düşmənin bizə qarşı məkrli planlarından olan və illərdir yerin altında gizlədilən minalara düşərək ölürük və ya ömürlük əlil oluruq.

Azərbaycan Ordusunun keçmiş istehkamçısı, Birinci Qarbağ müharibəsi qazisi İlqar Rzayevlə həmsöhbət olduq.

İ.Rzayev 1972 – ci ildə Ağdamın Xıdırlı kəndində anadan olub. Həqiqi hərbi xidmətini Polşada keçən İlqar, 1991-ci ildə Azərbaycan ordusunda minatəmizləyən kimi, xidmətə başlayıb. Xidməti müddətində Ağdam və Ağdərə istiqamətində gedən bir neçə döyüşlərdə iştirak edib. 1992 – ci ilin iyun ayında Ağdərənin Kiçan kəndi istiqamətindəki döyüş əməliyatları zamanı minaya düşüb.

İlqar deyir ki, aradan illər ötsə də acı dolu anları heç vaxt unutmur. Vətən müharibəsi zamanı ermənilərin dinc yaşayış məntəqələrimizi artileriya atəşinə tutması nəticəsində mərmilərdən bir neçəsi də onun həyətinə düşüb. Mərmi partlaması nəticəsində qəlpələrin ətrafa vurduğu ziyanı gördükcə bədəninin yaralarının sızıltısını hələ də hiss edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam