Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

"Baza prinsipləri"...-Şərtlər dəyişib

 

 

 

 "Baza prinsipləri"nin məzmunu qalsa da, onun həyata keçirilməsi yolları, detalları dəyişib! 

Yenixeber.org: Müzəffər ordumuz Ali Baş Komandanın rəhbərliyi altında hər gün işğal altında olan ərazilərimizi bir-birinin ardınca azad etməkdə, xalqımızı yeni-yeni qələbələrlə sevindirməkdədir. Ordumuzun bu müzəffər yürüşü göstərir ki, mənfur düşmən üzərində tam və qəti qələbəmiz, ərazi bütövlüyümüzün təmin ediləcəyi gün uzaqda deyil! Torpaqlarımızın işğal altında olduğu 30 il müddətində onun sülh yolu ilə aradan qaldırılacağını gözləyən və nəhayət ki, bunun mümkün olmayacağını nəzərə alan sülhsevər Azərbaycan, BMT Nizamnaməsinin 51-ci maddəsini əsas tutaraq, ərazi bütövlüyünün təmin edilməsi üçün haqlı olaraq hərb variantını seçmək, Vətən Müharibəsi aparmaq məcburiyyətində qaldı. Düşmən üzərində tam üstünlüyə malik olan şanlı ordumuzun erməni faşistlərini son nəfərinə qədər torpaqlarımızdan qovacağı indi heç kəsdə zərrəcə şübhə doğurmur. Ancaq bu müharibədir, təəsüf ki, itkilərsiz ötüşmür. Ona görə də, hərbi sahədə qəti üstünlüyümüzə baxmayaraq, insan itkisinə yol verməmək üçün, Ali Baş Komandan İlham Əliyev yenə də, sülh təşəbbüsü ilə çıxış edir və erməni silahlı qüvvələrinin ərazilərimizdən çıxarılacağı təqdirdə hərbi əməliyyatların dayandırılacağını, "baza prinsipləri" ətrafında sülh danışıqlarına hazır olduğunu bəyan edir. Prezident, Ali Baş Komandan İlham Əliyevin "baza prinsipləri" əsasında sülh danışıqlarına hazır olması haqqında fikirləri bəziləri tərəfindən düzgün başa düşülmür, ehtiyat edilir ki, bu danışıqlar yenə də uzun sürə, işğal davam edə bilər. Belə düşüncələrin yanlış olduğunu qeyd etmək üçün ilk növbədə "baza prinsipləri" anlayışının məzmununa diqqət yetirmək lazımdır. "Baza prinsipləri"-işğal altında olan torpaqların azad edilməsini nəzərdə tutur! Ona necə, hansı yollarla nail olunması isə detallardır. Azərbaycan, iqtisadiyyatının, ordusunun, beynəlxalq mövqelərinin nisbətən zəif olduğu XX əsrin 90-cı illərində, işağl olunmuş torpaqlarımızın sülh yolu ilə, mərhələlərlə azad edilməsini nəzərdə tutan və əsasən Madrid Prinsipləri kimi tanınan "baza prinsipləri" əsasında sülh danışıqlarını aparmağa, Dağlıq Qarabağa yüksək özünü idarə statusu verilməsinə etiraz etmirdi. Ancaq indi şərtlər dəyişib! Azərbaycan inkişaf etmiş iqtisadiyyata, yenilməz orduya, güclü beynəlxaq mövqeyə, möhtəşəm xalq-iqtidar birliyinə malikdir və şanlı ordumuz işğala son qoymaqdadır. Ona görə də, indi "baza prinsipləri"nin məzmunu qalsa da, onun həyata keçirilməsi yolları, detalları dəyişib! İndi "baza prinsipləri"nin reallaşdırılması dedikdə, Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, erməni silahlı qüvvələrinin, Dağlıq Qarabağ da daxil olmaqla, işğal edilmiş bütün ərazilərimizdən qeyd-şərtsiz çıxarılması üçün dəqiq qrafikin verilməsi nəzərdə tutulur. Və yəqin ki, Azərbaycan xalqının yekdil rəyi, ermənilərin satqın, dönük xisləti nəzərə alınaraq, əsgər və zabitlərimizin qanı bahasına azad edilmiş ərazilərimizdə ermənilərə hansısa statusun verilməyəcəyini də özündə ehtiva edir. Ona görə də, Təkamül Partiyası olaraq, Ali Baş Komandan İlham Əliyevin Azərbaycanın qeyd edilən şərtlər daxilində sülh danışıqlarına hazır olması haqda mövqeyini dəstəkləyirik. Bu mövqe bir daha, faşistpərəst Ermənistandan fərli olaraq, Azərbaycanın sülhsevər bir dövlət olduğunu bütün dünyaya nümayiş etdirməkdədir. Yaşasın qüvvətli, qüdrətli, sülhsevər Azərbaycan!

Teyyub Qənioğlu: Təkamül Partiyasının sədri 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam