Qərbi Azərbaycandakı abidələrimizə qarşı erməni terroru - FOTOLAR
Qərbi Azərbaycan ərazisi son qarışına qədər qədim Azərbaycan-türk torpaqlarıdır. Bu barədə yüzlərlə təkzibolunmaz tarixi mənbələr var. Bu ərazilərə ermənilərin ilk gəlişi 1431-ci ildə Üçkilsə (indiki Eçmiədzin-red) ərazisinin üçdə birinin və bir neçə ətraf kəndlərin ərazisinin Qriqor adlı bir İran ermənisi tərəfindən 540 min Təbriz gümüş dinarına satın alınmasından başlayıb. Bu alqı-satqının əlimizdə “kupçasi” var.
Yenixeber.org: Bunu Milli Məclisin deputatı, Azərbaycan Qaçqınlar Cəmiyyətinin və Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli deyib. O bildirib ki, Qərbi Azərbaycan ərazisinə ermənilərin kütləvi axını tarixdən bildiyimiz kimi, XIX əsrin əvvəllərinə, 1828-ci ildə bağlanan Türkmənçay müqaviləsindən sonraya təsadüf edir.
"Ermənilər bu ərazilərə köçürüləndən sonra yerli türk-müsəlman əhalinin qovulub çıxarılması ilə yanaşı, buradakı türk toponimlərini və tarixi abidələrimizi də erməniləşdirməyə başlayıblar. Bu ərazilər tarixən Qıpçaq və Oğuz türklərinin ana vətəni olduğundan buradakı abidələr də türk tayfalarına aid olub".
Dərələyəz mahalında Səlim karvansarası
Ə.Ələkbərli qeyd edib ki, ermənilər həmin abidələrin böyük bir hissəsini bərpa etmək adı ilə qriqorianlaşdırıb, erməniləşdirib, erməniləşdirə bilmədiklərini isə yer üzündən siliblər.
"Bu, təkcə həmin ərazilərdəki qədim xristian türk-alban və xristian türk-qıpçaq abidələrinə yox, həm də müsəlman abidələrinə aiddir. Məsələn, belə bir faktı xatırladım ki, XIX əsrin əvvəllərində İ.Şopen İrəvan şəhəri ərazisində 12 məscid qeydə alsa da, bu gün həmin məscidlərdən yalnız biri qalır ki, o da İran mütəxəssisləri tərəfindən “təmir” edilərək fars məscidi halına salınıb. Tarixi abidələrimizə qarşı həmin vandallıq Qərbi Azərbaycanın bütün bölgələrində, Göyçə, Dərələyəz, Zəngəzur və digər tarixi mahallarımızda həyata keçirilib".
Dərələyəz mahalında Arpa məbədi
Deputat, həmçinin qeyd edib ki, Qərbi Azərbaycanın kəndlərindəki məscidlərin hamısı yer üzündən silinib.
"Təkcə sonuncu – 1988-ci il deportasiyası zamanı soydaşlarımız Qərbi Azərbaycanın 300-ə yaxın yaşayış məntəqəsindən qovulublar ki, bu kəndlərdə də 400-dən artıq məscid mövcud olub və hamısı tamamilə məhv edilib. Həm Qarabağ, həm də Qərbi Azərbaycan ərazisində ermənilər tərəfindən tarixi abidələrimizə qarşı törədilmiş bu vəhşiliklər tarixi və bəşəri cinayətdir, dünya buna laqeyd qalmamalıdır. Bu abidələrin böyük əksəriyyətinin bizdə görüntüləri var. Artıq ermənilər zaman-zaman törətdikləri bütün bu cinayətlərə görə cavab verməlidirlər. Üstəlik, bütün bu faktlar bir daha sübut edir ki, ermənilərin Cənubi Qafqaza heç bir aidiyyatı yoxdur, onların bu ərazilərə köçürülməsi tarixi səhv olub və onlar öz əməlləri ilə bu ərazilərdə yaşamağa layiq deyillər".(azvision)
Şörəyəl mahalında Qoçaq məbədi
Zəngəzur Qarakilsə rayonu ərazisində Qolundan abidəsi