Redaktor seçimi
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
Günün xəbəri

NATO Rusiyaya çağırış etdi –Əfqanıstanla bağlı

 

“Rusiya kimi ölkələri daha konstruktiv siyasət yürütməyə çağırırıq. Əfqanıstanda sülh və sabitliyin bərqərar olması təkcə ABŞ və NATO-nun maraqlarına uyğun deyil”.

Yenixeber.org: Bunu NATO baş katibinin müavini Mirça Coana bildirib.

Onun sözlərinə görə, Alyansın əsas vəzifəsi Əfqanıstanda Qətiyyətli Dəstək missiyası üzrə xidmət edən hərbçilərin təhlükəsizliyini təmin etməkdir.

“The New York Times” qəzetinin qalmaqallı məqaləsi ilə bağlı ünvanlanan sualı NATO rəsmisi belə cavablandırıb: “Alyans kəşfiyyatla bağlı informasiya “sızmalarına” münasibət bildirmir”.

Qeyd edək ki, “The New York Times”da dərc edilən məqaləyə əsasən, Rusiyanın hərbi kəşfiyyatı amerikalı, eləcə də beynəlxalq koalisiyanın hərbçilərini öldürən “Taliban” hərəkatı ilə əlaqəsi olan Əfqanıstan silahlılarına mükafat təklif edib


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam