Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Tramp ilk dəfə Əfqanıstana gedəcək

 

Tramp ilk dəfə Əfqanıstana gedəcək
ABŞ prezidenti Donald Tramp yaxın günlərdə Əfqanıstana gedərək Amerikanın bu ölkədə xidmət keçən hərbçilərinə baş çəkəcək.
Yenixeber.org: Bu barədə Tramp özü “The Washington Post” qəzetinə müsahibəsində deyib.

“Lazımi vaxtda mən bunu (Əfqanıstana getməyi) edəcəyəm. Bu, Milad bayramınadək (İsa məsihin doğulması münasibətilə katoliklərin hər il 25 dekabrda keçirdiyi bayram) ola bilər” – Tramp bildirib.

Qeyd edək ki, bu, prezident Trampın Əfqanıstana ilk səfəri olacaq.

Xatırladaq ki, ABŞ 2001-ci ilin okotyabrından etibarən “Əl-Qaidə” və “Taliban”la mübarizə adı altında Əfqanıstanda anti-terror hərbi əməliyyatlarına başlayıb. Daha sonra BMTTəhlükəsizlik Şurasının qətnaməsinə uyğun olaraq Əfqanıstanda təhlükəsizliyi təmin emək üçün ölkədə NATO-nun komandanlığı altında beynəlxalq missiya (ISAF) öz işinə başlayıb.ABŞ-ın başçılığı ilə koalisiya və ISAF Əfqanıstandakı “Taliban” silahlı hərəkatı və “Əl-Qaidə” terror təşkilatı ilə mübarizə aparır. 2014- cü ildə NATOölkələrinin hərbi kontingenti Əfqanıstandan çıxarılıb və 2015-ci ilin 1 yanvarından etibarən hərbi əməliyyatlar qeyri-hərbi “Qətiyyətli dəstək” misiyası ilə əvəzlənib.

Əfqanıstanda 17 il sürən müharibələrə 720 milyard dollara yaxın pul xərcləyən ABŞindiyədək Əfqanıstanda 2400-dən çox hərbçisini itirib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam