Redaktor seçimi
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
Günün xəbəri

Rusiya Əfqanıstana qoşun yeritməyəcək

 

Rusiya Əfqanıstana qoşun yeritməyəcək
“Rusiya Federasiyası Əfqanıstana qoşun yeridilməsinin mümkünlüyünü tamamilə istisna edir.”

 Yenixeber.org: Bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.
“Düşünürəm ki, bu, tamamilə istisnadır. Biz belə bir addımı (Əfqanıstana qoşun göndərmək) nəzərdən keçirmək üçün heç bir əsas görmürük. Təhlükəsizlik sahəsində Əfqanıstan hökumətilə çoxdan əməkdaşlıq edirik və əməkdaşlıq getdikcə güclənir, yeni forma alır və əvvəllər belə əməkdaşlığın çərçivəsinə daxil olmayan sferaları əhatə edir. Bizim Əfqanıstanda hərbi iştirakımız seçim deyil. Mən belə bir variantı tamamilə istisna edirəm” – Ryabkov vurğulayıb.

Qeyd edək ki, hazırda Əfqanıstanda hökumət qüvvələrilə “Taliban” silahlı hərəkatı arasında döyüş gedir. “Taliban” hərəkatı Şeyx Məhəmməd Ömərın başçılığı ilə 1994-cü ildə Qəndəhar şəhərindəki mədrəsədə formalaşdırılıb. 1996-2001-cü illərdə Əfqanıstanda hakimiyyəti ələ keçirib və ölkənin adını “Əfqanıstan İslamƏmirliyi”nə dəyişib. O zaman “Taliban”ın Əfqanıstandakı hakimiyyətini yalnız 3 ölkə - Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və Pakistan tanıyıb. 2004-cü ildən isə Pakistanın şimalındakı Vəziristan əyalətini idarə ediblər.

Daha sonra silahlı qruplaşmaya çevrilən “Taliban” hərəkatı Əfqanıstanın islam bayrağı altında birləşməsini, ölkənin şəriət qaydalarilə idarə olunmasını tələb edir. Digər dinlərə qarşı amansız mövqe sərgiləyir. 2003-cü ildən “Taliban” hərəkatı BMTTəhlükəszilik Şurası tərəfindən terror təşkilatı kimi tanınır.

Hazırda “Taliban” silahlı hərəkatı və “Əl-Qaidə” terror təşkilatı ilə mübarizə aparmaq məqsədilə Əfqanıstanda ABŞ-ın başçılığı altında NATO-nun qeyri-hərbi “Qətiyyətli dəstək” misiyası fəaliyyət göstərir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam