Redaktor seçimi
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
Günün xəbəri

“Space” də bağlana bilər

speys-tvRəqəmsal yayıma keçidlə əlaqədar “Space” Müstəqil Teleradio Şirkəti (Space TV) hazırlıq işlərini hələ də yekunlaşdırmayıb.

Xeberinfo.com:  “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətindən verilən məlumata görə, “Space TV”-də rəqəmsal yayıma hazırlıq işlərinə baxış keçirsə də, ancaq telekanalın buna hazır olmaması müəyyən edilib.

Rəqəmsal yayıma keçidlə əlaqədar “SPACE” Müstəqil Teleradio Şirkəti (Space TV) hazırlıq işlərini hələ də yekunlaşdırmayıb.

Milli.Az bildirir ki, Milli Televiziya və Radio Şurasının Aparat rəhbəri Toğrul Məmmədov deyib ki, bütün televiziyalar rəqəmsal yayıma keçidə hazırdır: “2011-ci ildən rəqəmsal yayım anoloq yayımla paralel yayımlanır. Milli Televiziya və Radio Şurasının qərarı ilə 2011-ci ilin dekabrından rəqəmsal yayıma keçilib. Həmin qərardan sonra televiziyalar texniki imkanlarını rəqəmsal yayıma uyğunlaşdırıblar. Telekanalların rəqəmsal yayıma keçidlə bağlı texniki parametrlərində heç bir problem yoxdur. Digər telekanallarda olduğu kimi “Space” TV-nin də rəqəmsal yayıma keçidlə bağlı texniki imkanları var. Rəqəmsal yayıma keçidin tam təmin edilməməsinin səbəbi əhalini dekoder və yeni nəsil televizorlarla keçidi ilə bağlı idi”.

Xatırladaq ki, noyabrın 1-dən Bakıda, dekabrın 1-dən etibarən isə bölgələrdə rəqəmsal yayıma keçid tam təmin ediləcək, anoloq yayım dayandırılacaq. (publika.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam