Redaktor seçimi
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli qrantları seriyasından... - 
Günün xəbəri

Xarici kanalların yayımı dayandırıldı

 

 

 

Ölkədə rəqəmsal TV paketinə daxil edilmiş xarici TV kanalların yayımı dayandırılıb. 

    "xeberinfo.com": Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Teleradio" İstehsalat Birliyindən  əldə etdiyimiz məlumata görə, yayımı dayandırılmış xarici kanallar sosial paketdən çıxarılıb və ödənişli TV paketinə əlavə edilib. Hazırda ölkə ərazisində yayımlanan sosial rəqəmsal TV paketi milli telekanallardan (AzTV, Mədəniyyət, İdman Azərbaycan, ANS TV, Lider TV, İTV, Xəzər TV, ATV və Space TV) və Türkiyənin TRT1 telekanalından ibarətdir.

      "Teleradio" İB-nin məlumatına görə, bundan əvvəl sınaq dövründə açıq rəqəmsal paketə xarici kanallar əlavə edilmişdi. Sınaq işləri bitdikdən sonra paketə daxil olan telekanalların yayımı dayandırılıb:

    "Bu kanallar "ATV+" paketinə daxil edilib. Vətəndaşlar xarici kanalların yayımından istifadə edə bilmək üçün bu paketə qoşula bilərlər. Paketin qiyməti 9 manat dəyərindədir və TV paketə 86 xarici kanal daxildir".

     Qeyd edək ki, hazırda respublika əhalisinin 97 faizi sosial rəqəmsal paketlə əhatə olunub.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam