Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Azərbaycan, Qazaxıstan və Türkmənistan limanları arasında rəqəmsal platforma yaradılır –QSC rəsmisindən açıqlama

“Azərbaycan, Qazaxıstan və Türkmənistan limanları arasında məlumatların mübadiləsi üçün rəqəmsal platformanın yaradılması istiqamətində işlər davam etdirilir”.

Yenixeber.org: Bu barədə  “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov bildirib.

Onun sözlərinə görə, ötən gün Qazaxıstanın Kurık və Aktau limanları ilə Tbilisidə imzalanan anlaşma memorandumunda rəqəmsal platformanın yaradılması ilə bağlı əsas parametrlər təqdim olunub: “Biz həmin limanlara məlumatların elektron formada mübadiləsi və rəqəmsal platformaların birləşdirilməsini təklif etmişik. Hər iki limanın rəhbərliyi təklifimizi qəbul edib”.

T.Ziyadov deyib ki, Türkmənistanın Türkmənbaşı limanı ilə də bu istiqamətdə işlər aparılır və demək olar yekunlaşıb: “Ötən ilin dekabrında Azərbaycan Prezidentinin Türkmənistana səfəri çərçivəsində imzalanan sazişlərdən biri də məhz iki ölkənin limanları arasında elektron məlumat mübadiləsinin yaradılması ilə bağlı olub. Artıq 2020-ci ildə Türkmənbaşı limanı ilə məlumatların elektron formada mübadiləsinin həyata keçiriləcəyi gözlənilir”.

QSC rəhbəri vurğulayıb ki, XXI əsrin İpək Yolu rəqəmsal olacaq: “Biz çalışırıq ki, limanlar arasında məlumat mübadiləsi daha çevik olsun. Bu da, öz növbəsində, Çinin Avropa ilə ilə birləşdirilməsinə böyük töhvə verəcək. Konteynerlər barədə məlumat onlar Çindən yola salınan zaman bizə daxil olmalıdır ki, biz də həmin məlumatları Gürcüstan və Türkiyədəki limanlara ötürə bilək. Əsas məqsəd rəqəmsal dəhlizin yaradılmasıdır. Bu həlqədə vacib rol oynayan limanların da bir-biri ilə əlaqə yaratması və birləşdirilməsi çox əhəmiyyətlidir”.

T.Ziyadov qeyd edib ki, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”nın rəqəmsallaşdırılmasına üç il öncə başlanılıb və bununla bağlı əsas işlər demək olar görülüb: “Bizim əməliyyatlar, məlumatların, xüsusilə də gömrük məlumatlarının alınması ilə bağlı sistem yaxşı inteqrasiya olunub. Lakin bunu eyni zamanda qonşu ölkələrdəki limanlarla da həyata keçirmək lazımdır. Limanlar arasında məlumatların elektron mübadiləsi əməliyyatların effektivliyini daha da artıracaq”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam